Ermənistanın Danimarkadakı səfiri Aleksandr Arzumanyan Avropa İnsan Haqları Məhkəməsində Ermənistan hökumətinə qarşı iddia qaldırıb. O, müxalifətçi kimi çıxış etdiyi zaman müxalifətçi kimi onun hüquqları pozulmuşdu.
Aleksandr Arzumanyan 1996-1998-ci illərdə Ermənistanda xarici işlər naziri vəzifəsini tutub. Bu dövrdə Ermənistanı birinci prezident Levon Ter-Petrosyan idarə edirdi. 2006-cı ildə artıq müxalifətçi olan Aleksandr Arzumanyan həmfikirləri ilə birlikdə “Vətəndaş itaətsizliyi” hərəkatını yaradıb.
2017-ci ilin fevralında Arzumanyan partiya fəaliyyətindən imtina etdiyini bildirib. Bundan bir neçə ay sonra isə o, Ermənistanın Danimarkadakı səfiri təyin olunmuşdu.
Arzumanyan 2017-ci ilin mayında “qanunsuz gəlirlərin leqallaşdırılmasında şübhəli olaraq” saxlanılmışdı. Məhkəmə “ittihamın ağırlığını və cinayətin təkrar törədilməsi təhlükəsini göz önünə alaraq, ədalət mühakiməsinə mane olmaması və istintaq orqanlarından gizlənməməsi üçün” onun həbsi ilə bağlı qərar verib. Həbs müddəti bir neçə dəfə artırılıb. Arzumanyan 2007-ci ilin sentyabrında ölkədən çıxmamaq haqda iltizam əsasında həbsdən buraxılıb.
Arzumanyan 2007-ci ilin dekabrında aşağıdakı əsaslarla AİHM-də iddia qaldırıb:
Məhkəmə onun həbsinin vacibliyini yetəri qədər əsaslandırmayıb,
Onun azadlıq və şəxsi toxunulmazlıq hüququ pozulub,
Onun ağlabatan müddətdə mühakimə olunmaq hüququ pozulub.
Avropa İnsan Haqları Məhkəməsi qət edib ki, İnsan Haqları haqda Konvensiyanın müddəaları pozulub. Bundan başqa hər bir saxlanılan və həbs olunan şəxsin haqqında ağlabatan müddətdə məhkəmə araşdırmasının keçirilməsi hüququna və ya məhkəmə mühakiməsinə qədər azad edilmək hüququna zəmanət verən əsas azadlıqlar tapdalanıb.
İddiaçı mənəvi ziyana görə 81 250 avro ödənməsini tələb etsə də, AİHM-in qərarı ilə ona 2ş5 min avro ödənməlidir: 2 min mənəvi ziyana görə, 500 isə xərclərin kompensasiyasına görə.
İndi hakimiyyətin səfir təyin etdiyi Aleksandr Arzumanyan birmənalı olmayan vəziyyətə düşüb, onun AİHM-in qərarı ilə ona düşən məbləği qəbul edib-etməyəcəyi məlum deyil.