Avropa Şurası Parlament Assambleyası Belarusda çıxarılan iki yeni edam hökmünü pisləyib. “Buna son qoymağın vaxtı çatıb”, – AŞPA-nın edam cəzasının aradan qaldırılması üzrə xüsusi məruzəçisi İva Krüştana və Belarusdakı vəziyyət üzrə xüsusi məruzəçisi Andrey Riqoninin birgə bəyanatında belə deyilir.
“Parlament Assambleyası işgəncə aktı və insanlıqdan uzaq, ləyaqəti alçaldan davranış və şübhəsiz ki, insan haqları pozuntularının ən ciddisi kimi nəzərdən keçirdiyi edam cəzasının qətiyyən qəbuledilməz olduğunu bir daha təsdiq edir”, – bəyanatda deyilir.
“Biz bir daha Belarus hakimiyyətini Avropa abolisionistlər ailəsinə qoşulmağa, təcili şəkildə edam cəzasına moratori qoymağa çağırıb. Belarus Konstitusiyasında və ya qanunvericiliyində heç nə prezident Lukaşenkoya və ya parlamentə bu addımı atmağa mane olmur”, – TUT.by bəyanatdan sitat gətirir.
İyulun 21-də Moqlyovda iki nəfər “qara rieltor” – İqor Qerşankov və Semyon Berejnoy haqında gülələnmə hökmü çıxarılıb. Bu işdə adı keçən daha iki nəfər uzun müddətli azadlıqdan məhrumetmə cəzası alıb: Tatyana Qerşankova 24 il, Boris Kolesnikov 22 il və bir ay.
Eyni gündə Belarusda edam cəzasına moratori qoyulması çağırışı ilə Avropa Şurası baş katibi Turbyern Yaqland və Avropa Xarici Əməliyyatlar idmətinin mətbuat katibi Mayya Koçiyançiç də çıxış ediblər.
Belarus edam cəzasını tətbiq edən yeganə Avropa dövləti olaraq qalır və qanunvericiliyini dəyişməyə hazır deyil. ATƏT-in Parlament Assambleyasının sessiyasında iştirak edənlərin qarşısında Aleksandr Lukaşenko arqument olaraq iyirmi il əvvəl baş tutmuş referendumun nəticələrinə əsaslanır: “Bizi edam cəzasını ləğv etməyə çağırırlar. Biz bu təklifləri eşidirik, həm də yalnız eşitmirik. Amma böyük əksəriyyəti referendumda edam cəzasının saxlanmasına səs vermiş xalqın iradəsinə qarşı çıxa bilmərik, heç bir dövlət çıxa bilməz. Heç bir sivil Avropa dövləti”.