“Artıq qətlə görə cavab verəcəksən” – Rusiyada yeniyetmələrin 14 yaşını belə təbrik ediblər
“Artıq qətlə görə cavab verəcəksən” – Rusiyada yeniyetmələrin 14 yaşını belə təbrik ediblər
Rusiyada sosial şəbəkələrdə Rusiya İstintaq Komitəsinin yaydığı qəribə videodan şoka düşdükləri haqda yazırlar. Kadrlarda əlində tort olan formlı qadın 14 yaşı tamam olan rusiyalıları təbrik edir. Amma təbrik ən azı qəribə səslənir: “14 yaşın oldu? Bu gündən qətlə görə özün cavabdeh olacaqsan”.
“Əlbəttə, sizin valideynləriniz yenə də sizə görə məsuliyyət daşıyır, amma bu yaşdan cinayət məcəlləsinin müəyyən maddələri üzrə sizin özünüzün məsuliyyətiniz başlayır”, – zabit izah edir.
Daha sonra yeniyetmələrə ünvanlandığı məlum olan videoda izah olunur ki, 14 yaşından onlar qətl, təcavüz, qarət, qəsb, terror və girov götürməyə görə məsuliyyətə cəlb oluna bilərlər.
“İndi, siz artıq böyüdüyünüz zaman bilməlisiz ki, təcavüzə görə cəzalanacaqsız”, – digər zabit aydınlıq gətirir.
Bundan əlavə kadrın kənarındakı balaca smayl haqqında danışılan cinayətlə bağləı cinayət məcəlləsinin konkret maddəsini qeyd edir.
Videonun sonunda İstintaq Komitəsi 14 yaşlı yeniyetmələrə xatırladır ki, onların həyatları onların öz məsuliyyətidir və onlara xoşbəxt doğum günü diləyir.
- Fənərlər, sevgi və Navalnı – Rusiyada müxalifətçiyə dəstək aksiyalarından fotoreportaj
- Məmmədov və Navalnı: birinci ədalətə nail olub, ikinci də bacaracaqmı?
Video Rusiya sosial şəbəkələrində nəinki həddən çox yayılıb, həm də qızğın diskussiyalara səbəb olub. Bəzi şərhlər:
“Bu zarafatdır?”
“İndicə gördüm. Bu, Rusiya İstintaq Komitəsinin indiyə qədər yaydığı ən əcaib video olmalıdır”.
Bəziləri video-çarxa yumorla yanaşıb və Vinni Puxu xatırlayıblar. “Atəş aç, Pyataçok! – Mənim artıq 14 yaşım var!”, – istifadəçilər zarafat edir.
СК поздравил школьников с 14-летием "С этого дня тебе самому придется отвечать за убийство" pic.twitter.com/HdeXJJnfzL
— Прямой Демократор (@grtw3000) February 18, 2021
Digərləri 14 yaşlı övladlarının, qardaşlarının və ya bacılarının bu təbrikə necə reaksiya verdiyi haqda yazıblar:
“Qardaşım bunu dəyərləndirməyib ☹”, – kiçik qardaşı qısaca “Gedin…” deyə reaksiya vermiş istifadəçi şərh edib.
14-летний брат не оценил поздравление СК 😢 pic.twitter.com/e3brfVXi7a
— чрн крсн бл (@blck_rd_wht) February 18, 2021
Müxalifətçi Aleksey Navalnının komandası Samarada yşaqlara hədiyyə olaraq “doğum günündə həbsxanalara pulsuz ekskursiya” təqdim edilməyəcəyinə ümidini ifadə edib.
Bununla belə, videoya müsbət reaksiya verənlər də olub. Videonun hazırlanmasında iştirak edən Moskva Əhalinin Sosial Müdafiəsi Departamentinin nümayəndəsi Natalya Tsımbalenko “insanların cinayət məsuliyyəti haqda daha çox bilməsinə və öz uşaqlarına öyrətməsinə imkan verəcək qeyri-ənənəvi yanaşmadan” istifadə etdikləri üçün “həmkarlarını” tərifləyib.
Video İstintaq Komitəsinin saytında bir sutka qalıb. Daha sonra isə yoxa çıxıb.