Rusiyada sosial şəbəkələrdə Rusiya İstintaq Komitəsinin yaydığı qəribə videodan şoka düşdükləri haqda yazırlar. Kadrlarda əlində tort olan formlı qadın 14 yaşı tamam olan rusiyalıları təbrik edir. Amma təbrik ən azı qəribə səslənir: “14 yaşın oldu? Bu gündən qətlə görə özün cavabdeh olacaqsan”.
“Əlbəttə, sizin valideynləriniz yenə də sizə görə məsuliyyət daşıyır, amma bu yaşdan cinayət məcəlləsinin müəyyən maddələri üzrə sizin özünüzün məsuliyyətiniz başlayır”, – zabit izah edir.
Daha sonra yeniyetmələrə ünvanlandığı məlum olan videoda izah olunur ki, 14 yaşından onlar qətl, təcavüz, qarət, qəsb, terror və girov götürməyə görə məsuliyyətə cəlb oluna bilərlər.
“İndi, siz artıq böyüdüyünüz zaman bilməlisiz ki, təcavüzə görə cəzalanacaqsız”, – digər zabit aydınlıq gətirir.
Bundan əlavə kadrın kənarındakı balaca smayl haqqında danışılan cinayətlə bağləı cinayət məcəlləsinin konkret maddəsini qeyd edir.
Videonun sonunda İstintaq Komitəsi 14 yaşlı yeniyetmələrə xatırladır ki, onların həyatları onların öz məsuliyyətidir və onlara xoşbəxt doğum günü diləyir.
Müxalifətçi Aleksey Navalnının komandası Samarada yşaqlara hədiyyə olaraq “doğum günündə həbsxanalara pulsuz ekskursiya” təqdim edilməyəcəyinə ümidini ifadə edib.
Bununla belə, videoya müsbət reaksiya verənlər də olub. Videonun hazırlanmasında iştirak edən Moskva Əhalinin Sosial Müdafiəsi Departamentinin nümayəndəsi Natalya Tsımbalenko “insanların cinayət məsuliyyəti haqda daha çox bilməsinə və öz uşaqlarına öyrətməsinə imkan verəcək qeyri-ənənəvi yanaşmadan” istifadə etdikləri üçün “həmkarlarını” tərifləyib.
Video İstintaq Komitəsinin saytında bir sutka qalıb. Daha sonra isə yoxa çıxıb.