Misir piramidaları, inkvizisiya, Vaterloo yaxınlığında döyüş və Narekatsinin şeirləri (siyahını öz zövqünüzə uyğun davam edə bilərsiz) – bir sözlə, dünya sivilizasiyası Yer kürəsinin 29,2% ərazisində yaradılıb. Qalan 70% duzlu sudan ibarətdir. Bununla belə, 29% faiz quru bəşəriyyətə öz rüsvayçı və qürurlu tarixini yaratmağa kifayət edib.
Minilliklər ərzində, ildən ilə insanlar bir-birinə dəmirin bərkidilməsi sirlərini, Mosartın notlarını, taun xəstəliyini, Coca-Colanın tərkibini və… çox sayda başqa problem ötürüblər. 2016-cı il də növbəti ilə ən dözülməz sözlərdən birini ötürür. Ermənistan Respublikasının qanunvericiliyində bu söz aşağıdakı tərifi alıb (sitatı ixtisarlarla veririk):
QAÇQIN
İrqi, milli, dini, sosial və siyasi repressiyalar nəticəsində vətəndaşı olduğu ölkənin hüdudlarından kənarda olur, bu dövlətə qayıda bilmir və ya qayıtmaq istəmir.
BMT-nin məlumatına görə, dünyada 21 milyondan çox qaçqın var. Təkcə Suriya böhranı nəticəsində 5 milyona yaxın insan qaçqın oldu. Diaspora Nazirliyinin məlumatına görə, Ermənistanda hazırda azı 12 500 Suriya ermənisi var.
Yeni ili öz evlərində keçirənlər adətən televizorda öz prezidentlərinin müraciətini dinləyir və şampan butulkasını açırlar. Qaçqınlar üçün isə ilin son dəqiqələri fərqli keçir. Onlar (buna marağı, yaxşı əhvalı, televizoru və elektrik enerjisi olarsa):
A – hazırda olduqları dövlət başçısının müraciətini
B – əvvəl yaşadıqları dövlət başçısının müraciətini
C – əlavə olaraq – ölkələrinin problemləri ilə məşğul olan dünya liderlərinin müraciətlərini dinləyirlər.
Bu müraciətlərdə də əsas fikir həmişə aşağıdakı kimi olur: “Qoy ölkəmiz dirçəlsin və yeni rifaha çatsın, Yeni iliniz mübarək, əziz həmvətənlərim!” Bu sözlərə hələ də inanan varsa, bir zəhmət… ölən ölkənin ölməkdə olan rəhbərinin 1991-ci ildə göstərilən müraciətinə baxın.
https://youtu.be/Q2Kf6kHWDE0
Baxın, milyonlarla insana aclıq və əzab gətirən, qana batıran, dünyanı təzə qaçqınlarla “təmin edən” dövlət başçısı necə başını dik tutaraq “əziz həmvətənlərinə” müraciət edir.
Çox güman ki, 2017-ci il qaçqınlar ili olacaq. Və o qədər güclü olacaq ki, onun təsiri təkcə 29% quruya deyil, həm də 70% duzlu suya yayılacaq. Bu da sizə sübut – dənizin mavi səthi üzərindəki qırmızı nöqtə fotoqraf Sergey Ponomaryovun qaçqınları “yaxaladığı” yeri işarə edir.