Tofiq Yaqublu ilə bağlı məhkəmə qərarına apellyasiya şikayətinin baxılmasının günü təyin olunub
Həbsdə olan azərbaycanlı müxalifətçi Tofiq Yaqublunun aclıq aksiyası 16-cı gündür ki, davam edir. Bu gün onun barəsində məhkəmə qərarından apellyasiya şikayətinin baxılma tarixi məlum olub. Onun bu tarixə qədər sağ qalıb-qalmayacağı bilinmir.
• Azərbaycan jurnalistə hüquqlarının pozulduğuna görə 20 min avro ödəyəcək
28 sentyabr 2020-ci il tarixində Bakı Apellyasiya Məhkəməsi müxalif Müsavat partiyası və Demokratik Qüvvələrin Milli Şurasının üzvü Tofiq Yaqublunun şikayətinə baxacaq. 3 sentyabr 2020-ci il tarixində Nizami Rayon Məhkəməsi ona 4 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası verib.
Tofiq Yaqublu 22 mart 2020-ci il tarixində xuliqanlıq ittihamı ilə saxlanılıb. Cinayət işinin materiallarına əsasən, o, qəza törədərək, digər avtomobilinin salonunda olan ər-arvadı döyüb. Yaqublu 2014-2016-cu illərdə iki il kütləvi aksiyaların təşkili ittihamı ilə həbsdə olub. Sonra da Bakıda 19 oktyabr 2019-cu il tarixində müxalifətin kütləvi etiraz aksiyasında iştiraka görə 30 sutka həbs cəzası alıb.
Hökm oxunandan bir gün əvvəl Tofiq Yaqublu azad olunması tələbi ilə aclıq elan edib. Aksiya artıq 16-cı gündür ki, davam edir. Bir neçə gün əvvəl müxalifətçini ağır vəziyyətdə paytaxt xəstəxanalarından birinə həkim nəzarətində olması üçün köçürüblər.
Sosial şəbəkələrin Azərbaycan seqmentinin istifadəçiləri Yaqublunun vəziyyəti ilə bağlı narahatlıqlarını ifadə edir və bu şəraitdə apellyasiya şikayəti baxılana qədər sağ qalacağına ümid etmirlər.
«Hakimiyyət ya onu öldürmək, ya da iradəsini qırmaq istəyir. İkinciyə nail olmayacaqlar, birinciyə isə biz imkan verməyəcəyik», – «Facebook” istifadəçilərindən biri yazır.