Bakıda gənc fəal 5,5 il həbs cəzası aldı
NİDA gənclər hərəkatının üzvü Elgiz Qəhrəman beş il yarım azadlıqdan məhrum edildi. Bakı Ağır Cinayətlər Məhkəməsi onu külli miqdarda narkotik alverində günahkar bilib, amma gənc fəal bildirir ki, o, Facebook-da İlham Əliyevin oğlunun ünvanına yağdırılan tərifləri lağa qoyduğu üçün siyasi sifarişlə həbs edilib.
Onun müdafiəçiləri hökmdən şikayət vermək niyyətindədirlər.
- NIDA — Ordudakı hərc-mərcliyə qarşı 2013-cü ildə baş tutmuş mitinqlərdən sonra məşhurlaşan gənclər hərəkatı. Mitinqlər amansızlıqla dağıdılmış, onlarla fəal həbs edilmişdi.
- Eks-prezident Heydər Əliyevin ad günündə onun heykəlinə “Qul bayramınız mübarək!” yazandan sonra 10 il müddətinə azadlıqdan məhrum edilən “heykəl məhbusları” – Qiyas İbrahimov və Bayram Məmmədov da bu təşkilatın üzvləridir.