Amnesty International Gürcüstanı Dəmirəl adına kollecin müdirini Türkiyəyə təhvil verməməyə çağırır
Paylaşmaq
Paylaşmaq
Amnesty International Gürcüstanı hüquq-mühafizə orqanları tərəfindən saxlanılan Dəmirəl adına kollecin müdiri Mustafa Əmrə Çabuku Türkiyəyə təhvil verməməyə çağırır. Təşkilat müvafiq bəyanatı mayın 28-də yayıb. Təşkilatın fikrincə, Türkiyədə Çabuk amansız işgəncələrə məruz qala, ləyaqəti alçaldan qeyri-insani davranışın qurbanı ola bilər.
Təşkilat maraqlı şəxslərə müvafiq məzmunlu məktubla Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili və ədliyyə naziri Teya Tsulukianiyə müraciət edərək, Gürcüstanın öz üzərinə götürdüyü öhdəlikləri xatırlatmağı və Mustafa Çabukun Türkiyə tərəfinə deportasiyası, ekstradisiyası və ya hər hansı başqa bir şəkildə təhvil verilməməsini xahiş etməyi təklif edir, çünki orada onu təhlükə gözləyə bilər.
Amnesty International-ın bəyanatında deyilir ki, Türkiyə hökuməti öz müttəfiqlərinə təzyiq göstərir ki, onlar Fətullah Gülənin ehtimal olunan tərəfdarlarının həbsi ilə məşğul olsunlar.
Tbilisi Şəhər Məhkəməsi Mustafa Əmrə Çabukun barəsində 3 ay müddətinə həbs qəti imkan tədbiri seçib. Türkiyə tərəfi onu terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilir. Tbilisidə o, mayın 24-də məhz Türkiyə tərəfinin xahişiylə tutulub.
Bu zaman şəbəkədə Çabukun azad edilməsi tələbiylə onlayn-petisiya yayılıb. Bu günə qədər onu artıq 500 mindən çox adam imzalayıb. Petisiyanı imzalayanlar bildirir ki, Çabuk günahsızdır, Türkiyə hökumətinin ona qarşı ittihamları isə əsassızdır.