Maştos prospekti və Saryan küçəsinə bitişik olan bağça indi hər tərəfdən metal lövhələrdən ibarət hasarla bağlanıb. O, yenidən tikilir. Buradaca asılan elana görə, tikinti işlərinə hələ mayda (27.05.2015) başlanmalıydı, amma qışda – çovğunda başlandı.
İşlərin başlanmasından bir neçə gün sonra “Facebook istifadəçilərindən biri yazdı:
“Ekoloqlar, diqqət!
Maştos prospektinə bitişik olan bağçada “abadlıq işlərinin aparılması üçün qalın gövdəli ağaclar kəsilib.
Növbəti gün biz bağçada işləyənlərdən neçə ağacın kəsildiyini öyrənməyə çalışarkən, bizi əmin etdilər ki, bütün ağaclar yerindədir. Sol küncdə ağacların çatmaması və asimmetriyanın olmasına işarə edəndə isə bizə cavab verdilər ki, əvvəllər də belə olub.
Bununla belə, “Past.amın ağacların kəsildiyini sübut edən fotoşəkilləri də var.
Bizim yazılı sorğumuza cavab olaraq, meriyadan aşağıdakı cavab gəldi:
“Əsas prospektdə, prospekt M. Maştos – Saryan küçəsi hissəsində bulvarın yenidən qurulması və abadlaşdırılmasının birinci mərhələsi həyata keçirilir. Artıq köhnələn, uzun müddətdir ki, fəaliyyətdə olmayan hovuz və fəvvarələrin müasir su və landşaft elementləri və fəvvarələrə dəyişdirilməsi, oturacaqlı istirahət yerlərinin təşkili nəzərdə tutulur.
Eyni zamanda bildiririk ki, kiçik memarlıq və landşaft forma və həcmlərindən istifadə ediləcək ki, onlar da öz orijinallığı ilə həmin sahəyə daha xoş görünüş verəcəklər, bundan əlavə, yaşıllıq zonaları genişləndiriləcək, yeni ağac növləri əkiləcək.
Qeyd olunan sahələrdə gələcəkdə kafe tikmək və Karen Dəmirçiyana heykəl qoymaq planlaşdırılır.
Heç bir Yerevan sakini mərkəzi bulvarlardan birinin abadlaşdırılmasına və “bu sahənin daha xoş olmasına qarşı çıxmaz. Amma növbəti kafe tikmək xətrinə yenidən ağac kəsmək? Meriya ekoloqların səhralaşmaya və bundan irəli gələn fəsadlara doğru getməyimizlə bağlı xəbərdarlıqlarını qulaq ardına vurur. Hətta meriyanın söz verdiyi kimi, təzə ağaclar əkilsə belə onlar böyüyənə qədər gözləmək lazımdır.