Abxaziyada rusiyalı turistlərə hücum. Bir nəfər ölüb
Qudaut rayonunda rusiyalı turistlərə hücum edilib. Zərərçəkənlər var. Moskvadan iki ailə – ər-arvad Anatoli və Natalya Kabanovlar, Natalya və Nikolay Çejikovlar və üç uşaq kempinq rayonunda istirahət edirdilər, bu zaman onlara iki qara maskalı yaxınlaşıb – birinin əlində avtomat, digərinin də bıçaq varıydı – pul tələb ediblər. Bu haqda JAMnews-un müxbirinə hüquq-mühafizə orqanlarındakı mənbə xəbər verib.
“Böyüklərdən biri pul gətirmək bəhanəsiylə milis çağırmağa gedib. Bu zaman girov götürülən ikinci kişi cinayətkarlara müqavimət göstərməyə çalışıb və onlar tərəfindən qətlə yetirilib”, – mənbə danışır. Onun sözlərinə görə, polis çağırmağa çalışan zərərçəkən hadisə yerinə qayıdaraq, müqavimət göstərib, bıçaq yarası alıb və xəstəxanaya çatdırılıb. Abxaziya Respublikasının DİN-dən JAMnews-un müxbirinə verilən məlumata görə, hazırda dənizlə tras arasında bütün meşə zolağı rayonu mühasirəyə alınıb. Axtarış tədbirləri həyata keçirilir.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, cinayətkarlar girovları buraxaraq, hadisə yerindən qaçıblar. Baş verənlərin detalları araşdırılır. Hadisə yerində istintaq tədbirləri həyata keçirilir.
Dərc olunan materialdakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materiallara yazılan, təhqir, təhdid, zorakılığa çağırış kimi qiymətləndirilə və ya başqa səbəblərdən etnik narazılıq doğura bilən şərhləri silmək haqqını özündə saxlayır