In Abkhazia, a list of debtors has been distributed to the press. President Raul Khajimba ordered the list, which includes the names of debtors, the date of credit allocation and the corresponding sums as of 5 February 2018, to be published.
Abxaziyada kredit borcu olanların siyahısı mətbuata təqdim olunub və dərc edilib. Bu, prezident Raul Xajimbanın göstərişi ilə baş verib. Siyahıya borcluların adı, kreditlərin verilmə tarixi və 2018-ci il fevralın 5-ə qədər yığılan borcların məbləği daxil edilib.
Ümumilikdə siyahıda 360 fiziki və hüquqi şəxsin məlumatarı var. Onların arasında tanınan şəxslərdən yalnız rusiyalı biznesmenin qətlini təşkil edən keçmiş deputat Nodik Kvitsiniyanın adı var.
Adları siyahıya daxil edilənlərə qarşı prokurorluq artıq məhkəməyə gecikdirilmiş borcların qaytarılması ilə bağlı iddialar yönləndirib. Onların borclarının ümumi məbləği 467 milyon rubldan (8,15 milyon dollar) və 3 milyon ABŞ dollarından çoxdur. Prokurorluğun bununla bağlı bəyanatında bildirilir ki, söhbət Əmanət Bankının verdiyi və Özəlləşdirmə Fondunun xüsusi büdcədənkənar vəsaitlərdən ayırdığı kreditlərdən gedir.
2017-ci il noyabrın 13-də Abxaziyanın Əmanət Bankında müvəqqədi administrasiya tətbiq olunub. Bankın rəhbəri Timur Bqanbanın səlahiyyətləri bir ay müddətinə məhdudlaşdırılıb, vaxtın tamamında isə ümumiyyətlə dayandırılıb. Əmanət Bankının müvəqqəti administrasiyası altı ay üçün tətbiq olunub, amma bank maliyyə cəhətdən tam sağlam vəziyyətə çatana qədər himayə ediləcək.
Məqalə müəllifinin ifadə etdiyi terminlər, toponimlər, fikir və ideyalar onun özünə məxsusdur, JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə də bilər. JAMnews təhqir, təhdid, zorakılığa çağırış kimi dəyərləndirilə bilən və ya hər hansı başqa səbəbdən etik sayılmayan şərhləri silmək haqqını özündə saxlayır.