ABŞ səfirliyi TBC Bank işi ilə bağlı kəskin bəyanat dərc edib
ABŞ-ın Gürcüstandakı səfirliyi Baş Prokurorluğun Gürcüstandakı ən böyük bankın – TBC-nin həmtəsisçiləri Mamuka Xazaradze və Badri Caparidzeyə qarşı irəli sürdüyü ittihamlara xüsusi bəyanatla reaksiya verib .
Bəyanat qısadır, cəmi üç abzasdan ibarətdir, amma hər cümləsi əhəmiyyətli məqamları vurğulayıb.
Bu bəyanat Tbilisidə qızğın müzakirə mövzusuna çevrilib.
Bəyanatda bankirlərə qarşı irəli sürülən ittihamlara dair açıq şübhə ifadə olunub.
“Biz ittihamın məzmunu ilə bağlı və bunun üçün seçilmiş zamanla əlaqədar qəzəbimizi bildiririk”, – bəyanatda yazılıb.
Gürcüstanın Qərbə inteqrasiyası üçün, həmçinin ölkəyə sərmayəçilərin cəlb edilməsindən ötrü “siyasi təsirdən azad qərəzsiz və şəffaf hüquq sistemi” həyati əhəmiyyət daşıyır – bəyanatda deyilir.
•Keçmiş baş nazir İvanişvili Gürcüstanın ən populyar bankı ilə niyə mübarizə aparır?
•Gürcüstan: hakimiyyətlə münaqişədə olan iri biznesmen ictimai hərəkat yaradır
•Gürcüstanın baş oliqarxı kütləvi aksiyalarda istefası tələb olunan DİN rəhbərini dəstəkləyib
Bəyanatda Anakliya limanı haqda ABŞ-ın dəstəklədiyi layihə kimi bəhs olunur.
“Biz əvvəlki kimi Anakliya limanı layihəsini dəstəkləyirik, hansı ki, Gürcüstana əhəmiyyətli həcmdə Amerika investisiyasının mənbəyidir və hansı ki, ölkənin iqtisadi inkişafına təkan verə bilər”, – ABŞ səfirliyinin bəyanatında qeyd olunub.
Siyasi müşahidəçilər qeyd edirlər ki, Anakliya limanından söz açılması dolayı yolla Xazaradze və Caparidzenin problemlərinin məhz Anakliya limanının inşası ilə bağlı olduğunu göstərir, necə ki, bankirlər özləri də bunu bildirirlər.
[toggle title=” ABŞ səfirliyinin bəyanatının tam mətni: “]
Biz Gürcüstan Prokurorluğunun TBC Bankın həmtəsisçiləri Mamuka Xazaradze və Badri Caparidzeyə qarşı irəli sürdüyü ittiham ətrafında yaranmış vəziyyəti diqqətlə müşahidə edirik. Biz bu məzmunla bağlı və bunun üçün seçilmiş zamanla əlaqədar qəzəbimizi bildiririk.
Siyasi təsirdən azad qərəzsiz və şəffaf hüquq sistemi Gürcüstanın Qərbə inteqrasiyası və xarici sərmayələrin cəlb olunması məsələsində həyati əhəmiyyət daşıyır.
Biz həmişəki kimi Anakliya limanı layihəsini dəstəkləyirik, hansı ki, Gürcüstana əhəmiyyətli həcmdə sərmayənin cəlb olunması mənbəyidir və hansı ki, ölkənin iqtisadi inkişafına təkan vermək potensialına malikdir.
[/toggle]
Gürcüstanın Baş Prokurorluğu iyulun 24-də TBC Bankın həmtəsisçiləri Mamuka Xazaradze və Badri Caparidzeyə qarşı ittiham irəli sürüb.
TBC Bankın tranzaksiyalarının biri üzrə 2018-ci ilin avqustunda istintaq başlayıb.
Prokurorluq bəyan edir ki, istintaqın əlində Mamuka Xazaradze və Badri Caparidze tərəfindən 16 milyon 754 min Amerika dolları həcmində qanunsuz gəlirlərin leqallaşdırılması faktını təsdiqləyən dəlillər var. Bu tranzaksiyadan bankirlər xüsusi iri həcmdə gəlir əldə ediblər – prokurorluq belə hesab edir.
Söhbət 11 il əvvəl, 2009-cu ildə həyata keçirilən tranzaksiyadan gedir. Xazaradze və Capaidze bəyan edirlər ki, 11 il əvvəlki tranzaksiya ilə bağlı cinayət işi hakimiyyətin dərinsulu Anakliya limanının inşasını dayandıra bilməsi üçün açılıb.
Limanın inşası ABŞ tərəfindən dəstəklənir. Moskva isə layihəni öz maraqlarına qarşı yönəlmiş layihə hesab edir.