ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Rusiya ilə əlaqələri üzündən istefa verib
Paylaşmaq
Paylaşmaq
ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Maykl Flinn Rusiya səfiri ilə əlaqələri haqda doğruları gizlətdiyini etiraf etdikdən sonra istefa verib. Flinn Donald Tramp və vitse-prezident Mayk Pensdən üzr istəyib.
Flinn Rusiya prezidenti ilə dekabrda Vaşinqtonda danışıb. Əvvəlcə sabiq hərbi general danışıqlar mövzusunun sanksiyalar olduğunu inkar etmişdi, onun ardınca eyni bəyanatı vitse-prezident Mayk Pens vermişdi. Daha sonra Flinn Aç Evə bildirib ki, sanksiya mövzusu müzakirə olunub.
İstefa ərizəsində milli təhlükəsizlik məsələləri üzrə sabiq müşavir etiraf edib ki, Trampın inauqurasiyasından əvvəlki dönəmdə “Rusiya səfiri ilə telefon danışıqları haqda vitse-prezident və digərlərinə ehtiyatsızlıqdan natamam məlumat verib”, -BBC-nin xəbərində deyilir.
Flinnin istefası Tramp vəzifəsinə başlamazdan əvvəl onun Rusiya məmurları ilə qurduğu əlaqələrə görə (bu isə qanun pozuntusu sayılır) şantaj obyekti ola biləcəyi haqda ABŞ Ədliyyə Nazirliyinin bir neçə həftə əvvəl Ağ Evə xəbərdarlıq etdiyi barədə mətbuatda gedən xəbərlərdən sonraya təsadüf edir.
Rusiya prezidentinin mətbuat katibi bazar ertəsi jurnalistlərə bildirib ki, Flinn və Kislyak sanksiyaların aradan qaldırılması məsələsini müzakirə etməyiblər.
2012-2014 illərdə hərbi kəşfiyyat rəhbəri olan Maykl Flinn istefadan sonra dəfələrlə Rusiyaya səfər edib və müxtəlif tədbirlər çərçivəsində Rusiya elitasının nümayəndələri ilə görüşüb. 2015-ci ildə RossiaToday telekanalının 10 illiyi şərəfinə verilən dəvətdə Flinn Vladimir Putinin sağ tərəfində oturmuşdu.
Flinnin istefasından sonra milli təhlükəsizlik məsələləri üzrə müşavir vəzifəsini daha əvvəl ABŞ Milli Təhlükəsizlik Şurasının aparat rəhbəri olmuş Cozef Kit Kelloq icra edəcək. O, 30 ildən çox müddəti orduda keçirib, Vyetnamda, Kambocada, Panamada və Fars Körfəzində xidmət edib.