ABŞ-da milyon nəfərdən çox insan qasırğaya görə evakuasiya olunmağı gözləyir
ABŞ-ın cənub-şərq sahillərinə “Florens” qasırğası yaxınlaşır. Bu qasırğa ən yüksək təhlükəlilik dərəcəsində dəyərləndirilib. Küləyin sürəti saatda 200 kilometrə çatır, CNN xəbər verir.
Hakimiyyət əhalini mümkün evakuasiya ilə bağlı xəbərdar edib. Fəlakət zonasından ümumilikdə milyondan çox insan evakuasiya oluna bilər.
“Florens” Sakit okeanda formalaşıb və sürətlə güclənib. Proqnozlara görə, qasırğa cümə axşamı günü ABŞ sahillərinə gəlib çatacaq. İlk növbədə təhlükə altında olanlar Cənubi Korolina, Şimali Korolina və Merilend ştatlarıdır. Bu ştatlarda fövqəladə hal elan olunub. Əhali içməli su, ərzaq və akkumlyator tədarükü görür.
İndiyə qədər Birləşmiş Ştatların tarixində ən dağıdıcı qasırğa “Katrina” hesab olunur. Fəlakət nəticəsində Yeni Orlean su altında qalıb, 1836 nəfər həlak olub, 125 milyard dollar həcmində ziyan dəyib.