Azərbaycan vətəndaşları 66 ölkəyə vizasız gedə bilərlər
Azərbaycan vətəndaşları vizasız rejimlə dünyanın 66 ölkəsinə səyahət edə bilər. Ötən il bu ölkələrin sayı 63 idi. Yəni Azərbaycan Henley & Partners şirkətinin yenilənmiş “Pasport İndeksi” reytinqi üzrə yüksələrək 104 yerdən 74-cü yeri tutub.
Azərbaycan pasportu vizasız rejimlə Gürcüstana, Türkiyəyə, İrana, Türkmənistandan başqa bütün MDB ölkələrinə, Albaniya, Çernoqoriya, Malayziya və onlarla digər ölkəyə səyahət etmək imkanı verir. Bəzi dövlətlərdə viza ümumiyyətlə tələb olunmur, bəzilərində isə ölkəyə daxil olan zaman verilir, əvvəlcədən almağa ehtiyac olmur.
• Abxaziyada turizm biznesi necə qurulub?
• Kauçserferlər Bakıda: qənaətli turizm və yeni tanışlıqlar
Məsələn, hazırda Azərbaycan vətəndaşları Benin, Suriya və ya Şri-Lankaya gələrkən, sərhəddəcə viza ala bilərlər.
Bununla yanaşı bəzi ölkələrlə, məsələn, Fələsrtinlə vizasız rejim ləğv edilib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycan vətəndaşları ən çox İrana səfər edir. İkinci yerdə isə Gürcüstandır.
Gürcüstan vətəndaşları üçün 114 ölkəyə vizasız rejim qüvvədədir (İndeksdəki yeri 51). Ermənistan bu reytinqdə 68-ci yeri tutur. Region üzrə lider Rusiyadır, bu ölkənin vətəndaşları 119 ölkəyə vizasız səyahət etmək imkanına malikdir.