Gürcüstanda “Qrantlar haqqında” qanuna dəyişikliklər qəbul edildi
Parlamentin “Gürcü Arzusu” fraksiyasının plenar iclasında qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib. Layihə hökumətin icazəsi olmadan xarici qrantların alınmasını qadağan edir. Təşəbbüsü 82 deputat dəstəkləyib, əleyhinə səs verən olmayıb.
Qanun layihəsi sürətləndirilmiş qaydada müzakirə olunub.
“Qrantlar haqqında” qanuna edilən dəyişikliklərə əsasən, xarici qrant almaq üçün hökumətin və ya onun səlahiyyət verdiyi şəxsin razılığı tələb olunacaq. Hökumət qrantı ya təsdiqləmək, ya da rədd etmək üçün on gün müddətində qərar verməlidir. Hökumətin qərarından şikayət edilməsi onun icrasını dayandırmayacaq.
Qanunun icrasına nəzarət Korrupsiyaya qarşı Mübarizə Bürosuna həvalə olunacaq. “İcazəsiz” qrant qəbul edildiyi halda, qrantın məbləğindən iki dəfə çox cərimə tətbiq olunacaq.
Gürcüstanda “Qrantlar haqqında” qanuna dəyişikliklər qəbul edilib Xəbərlər, hadisələr – Gürcüstanda baş verənlər