Əziz Orucov 2023-cü il noyabrın 27-də saxlanılıb. İlkin olaraq ona qarşı Cinayət Məcəlləsinin 188.2-ci (qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsində özbaşına tikinti aparma) maddəsi ilə cinayət işi açılıb. Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə əlavə ittiham irəli sürülüb. Bir müddət əvvəl 206.3.2 maddəsi ilə cinayət işinə xitam verilib.