The Gardian yazır ki, Norveç ciddi şəkildə sərhədlərinin korreksiyası haqda düşünməyə başlayıb. Söhbət iki ölkə arasında sərhədin keçdiyi Xalta dağ massivindən gedir. Massivin böyük hissəsi Finlandiya ərazisində yerləşir, amma dağın ən yüksək hissəsi – 1365 metrlik zirvə Norveç ərazisinə düşüb. Məhz bu zirvəni norveçlilər qonşularına hədiyyə etmək qərarına gəliblər.
Bu planı həyata keçirmək üçün Norveç sərhəd xəttini 40 metr hərəkət etdirməli olacaq. Bununla da Norveç öz ərazisinin 0,015 kv.m-ni itirəcək. Oslo müvafiq qərarı qəbul etsə bu dağ Finlandiyanın ən yüksək zirvəsi olacaq. Finlandiyaya belə bir hədiyyənin edilməsi təşəbbüsü ilk dəfə 2015-ci ildə Facebook-da irəli sürülüb və bir çox norveçlilər tərəfindən dəstəklənib.