Çeçenistan: matəm günü “xüsusi təyinatlı tur”
Diana Petriaşvili, Mediaşəbəkə
Çeçenistanın turizm şirkəti bütün arzu edənlərə Qroznı və Qudermes şəhərlərinə “xüsusi təyinatlı tur” təklif edib. Bu cür səfər 23 fevrala hədiyyə qismində təklif olunur. Rusiyada həmin gün Vətən Müdafiəçiləri Günü kimi qeyd edir, tərkibinə daxil olan Çeçenistanda isə həmin tarix matəm günü – 1944-cü ildə çeçenlərin və inquşların deportasiyasının başlanması ilə üst-üstə düşür.
İldən ilə yerli sakinlər respublikanı Rusiyanın digər regionları ilə eyni səviyyədə bayram keçirməyə məcbur etmək istəyən hakimiyyətlə səssiz qarşıdurma vəziyyətində qalır.
Vətən Müdafiəçisi Gününə belə “ideal” hədiyyə seçimi ilə eyni zamanda iki şirkət – “Elqas” və “Çeçen Tur” çıxış edib. Birincisi Rusiya tərkibindəki Şimali Qafqazın bütün regionlarına, ikincisi isə sırf Çeçenistan üzrə tur təklif edir. Tur haqda daha ətraflı məsələn buradan öyrənmək mümkündür.
- «Bütün xalqın alçaldılması». Çeçenistan hakimiyyətinə qarşı çıxanı özünə kamera qarşısında işgəncə verməyə məcbur etdilər
- Cəhd etməyə dəyər. Çeçenistandan olan qaçqınlar Belarusda Polşa sərhədini necə keçməyə çalışır
“Militari-tur dörd nəfərlik [və] üç günlük nəzərdə tutulub”, – “Elqas” şirkətinin direktoru Elina Batayeva Facebook səhifəsində yazıb. – “Rusiya Xüsusi Təyinatlılar Universitetində iki aktiv tədris məşğələləri daxildir! Bir neçə silah növü ilə atış hazırlığı, baqqi ilə ekstremal tur, aeroboruda uçuş və bir çox digər şeylər”.
Batayeva eyni zamanda həm “Elqasa” rəhbərlik edir, həm də Çeçenistan Ticarət-Sənaye Palatasında turizm sahəsində sahibkarlıq komitəsinə sədrlik edir – “Kavkazskiy uzel” nəşri dəqiqləşdirib.
Onun bu paylaşımına çox sayda mənfi rəy yazılıb, şərh müəlllifləri xatırladıblar ki, 23 fevral çeçenlərin və inquşların deportasiyasının ildönümüdür. Bəziləri acı istehza ediblər: bildiriblər ki, xüsusi təyinatlı tur faciənin ildönümünü qeyd etmək üçün orijinal yoldur.
Batayeva vəziyyətdən çıxmağa çalışıb: “Biz anlayırıq ki, bizim üçün bu, matəm və anım günüdür. <…> Amma unutmaq lazım deyil ki, çox sayda başqa xalqlar və millətlər var ki, bu gün onlar üçün tam başqa anlam daşıyır”.
Amma onun bu arqumenti də etirazla qarşılanıb. “Qoy onda digər xalqlar bayram eləsin. Sizin heç kiminizi sürgün etməyiblər?” – Məhəmməd-Emin Qorets adlı istifadəçi Batayevaya etiraz edib. “Bütün çeçen xalqının matəm günündə bizim əzabkeş torpağımızda bayram keçirmək.<…> Biz nə qədər mənəvi aşınmışıq ki, öz köklərimizi unudaraq digər xalqların bayramlarını prioritet edirik”, – Ruslan Abdulazimov bildirib.
Daha sonra təşkilatçılar etiraz edərək bildiriblər ki, tur 23 fevrala hədiyyə qismində təklif olunsa da, başqa gün keçiriləcək. Amma şirkətin saytındakı qrafikə uyğun olaraq ən yaxın xüsusi təyinatlı tur fevralın 20-dən 23-ə (daxil olmaqla) qədər keçiriləcək. Turun qiyməti 39 780 manatdan (500 dollara yaxın) başlayacaq. Fevralın 2-də 16 boş yer qalmışdı.
23 fevral 1944-cü ildə nə baş verib?
Çeçenistan və İnquşetiyada 23 fevralda “Mərci” əməliyyatı – çeçenlərin və inquşların kütləvi şəkildə Mərkəzi Asiyaya deportasiya edilməsi xatırlanır. Bu əməliyyat nəticəsində 500 minə yaxın insan öz evlərindən sürgün edilib; təxminən 1300 nəfər yolda həlak olub, daha 780 nəfər əməliyyat nəticəsində qətlə yetirilib. “Mərci” əməliyyatı 23 fevral 1944-cü ildə başlayıb və həmin vaxtdan çeçenlər və inquşlar həmin tarixi faciə günü hesab edirlər.
Amma 23 fevral bütün Rusiya ərazisində, o cümlədən də Çeçenistan və İnquşetiya respublikalarında dövlət bayramıdır; bununla razı olmayanlar üçün isə 2011-ci ildə matəm tədbirlərinin keçirilməsinə qadağa tətbiq edilib.
Çeçenistan Respublikasının yerli hakimiyyəti matəm gününü 23 fevraldın 10 maya keçirib və bububla da faktiki olaraq tarixi hadisə ilə bağlı matəmi keçmiş prezident Ahmad Kadlrovun dəfninin ildönümü ilə əvəz edib (onu həqiqətən 2004-cü ilin mayında dəfn ediblər).