“Olimp”-in açılışı olub
Tsxinvalidə yeni idman kompleksi barədə kimdən soruşsan sənə qürurla bütün Cənubi Qafqazda buna bənzər bir kompleksin olmadığını deyəcək. Ola bilsin ki, bu doğurdan da belədir. Üçmərtəbəli “Olimpdə 9 idman zalı, böyüklər və uşaqlar üçün olmaqla, iki ədəd 25 metrlik üzgüçülük hovuzu, 2 min nəfər üçün nəzərdə tutulan tribuna, tibb məntəqəsi, mehmanxana, soyunub-geyinmə otaqları, duş kabinləri, sauna və istirahət otaqları var. Ümumi otaqda fiziki əngəlli insanların istifadəsi üçün trenajorlar quraşdırılmışdır.
İdman mərkəzinin rəsmi adı “Olimp olsa da, Cənubi Osetiyada hər kəs ona “Kabayeva mərkəzi deyir. Çünki, mərkəzin ideyası və maliyyə dəstəyi məhşur gimnast, 2004-cü ilin Olimpiya çempionu Alina Kabayevanın “ Alina Kabayeva xeyriyyəçilik Fondu-ndan gəlib.
Müharibənin qızğın dövründən sonra, 2008-ci ilin sentyabr ayında Kabayeva Tsxinvaliyə gəlmişdi. Həmin vaxt şəhər dağıntılar içində idi. Elə bu zaman o, emosional bir çıxış edərək, burada əsl idman mərkəzi açacağına və Cənubi Osetiya da yaşayan əhaliyə kömək edəcəyinə söz vermişdi.
Yeni idman mərkəzinin meydançasının ümümi sahəsi 10 min kv. metrdir.
“Olimp də Cənubi Osetiya üçün ənənəvi olan idman növləri var. Bunlara sərbəst güləş, cüdo, sambo, ağır atletika, boks kimi idman növlərini aid etmək olar. İdman kompleksinin bədii gimnastika, üzgüçülük, voleybol və basketbol zalları da olduqca gözəl görünür.
Cənubi Osetiya prezidenti Tibilov və Alina Kabayeva təntənəli şəkildə qırmızı lenti kəsmiş və Tsxinvalidə idman ulduzları xiyabanını istifadəyə vermişdirlər.
Alina Kabayeva “Cənubi Osetiya və Rusiya Federasiyası xalqlarının dostluq əlaqələrinin və əməkdaşlığın güclənməsində gördüyü mühüm işlərdən dolayı Cənubi Osetiyanın şöhrət ordeni ilə təltif olunmuşdur.
“Olimp-in qarşılaşacağı ən mühüm problemlərdən biri məşqçi çatışmazlığı olacaq. Lakin bu artıq başqa mövzudur və ona daha sonra genış şəkildə toxunulacaq.
- “Olimp Alina Kabayeva fondunun ən iri miqyaslı lahiyəsidir, onun tikintisi 6 il ərazində davam etmişdir. İlkin ideyanın əksinə olaraq, kompleksin sahəsi iki dəfə artırılmışdır. Alina Kabayevanın bildirdiyinə görə, “ idman kompleksinin arxitekturası və müasir idman avadanlıqları ilə təhciz olunması, orada beynəlxalq səviyyəli yarışların keçirilməsinə imkan yaradacaq.
- 2008-ci ilin müharibəsi zamanı Tsxinvalidə ümümi hesabla üç idman kompleksi ciddi ziyan görmüşdü. Respublika Uşaq və Gənclər idman məktəbinin bir hissəsi uçmuş, ( hal –hazırda bərpa olunub və fəaliyyət göstərir) boks və ağır atletika mərkəzləri isə tamamiylə yanaraq yararsız hala düşmüşdü.