Azərbaycanda ikinci Qarabağ müharibəsində həlak olanların siyahısı dərc edilib
Azərbaycan Müdafiə Nazirliyi ikinci Qarabağ müharibəsində həlak olmuş hərbi qulluqçuların siyahısını dərc edib. Hərbi əməliyyatlarda həlak olmuş 2783 döyüşçüdən 2723-nün dəfn edildiyi bildirilir.
“Dəfn edilmiş şəhidlərimizin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunur.
İtkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və şəxsiyyəti müəyyən olunmayan şəxslərin identifikasiyası üzrə işlər davam etdirilir”, – Müdafiə Nazirliyinin məlumatında deyilir.
İkinci Qarabağ müharibəsi 27 sentyabr 2020-ci ildə başlayıb və notabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, həmçinin Ermənistan baş nazirinin imzaladığı üçtərəfli bəyanatla başa çatıb.