Ermənistan, Qarabağda hərbi əməliyyatların dayandırılması haqqında razılaşma imzalanandan sonra ikinci gün. Hadisələrin xülasəsi
Ermənistan prezidenti və baş nazir noyabrın 12-si ölkədəki vəziyyəti ilk dəfə müzakirə edirb. Lideri Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan olan “Ermənistan milli konqresi” partiyası hakimiyyəti erməni xalqına qarşı bağışlanmaz cinayətdə və daxili siyasi böhranın qarşısını almaq istəməməkdə günahlandırıb.
Baş nazir Paşinyan xalqa müraciətlə çıxış edib və hərbi əməliyyatların dayandırılması haqda bəyanata qol çəkməsinin səbəblərini izah edib. Günün ikinci yarısı Yerevanda Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağ üzrə qol çəkdiyi sənədə qarşı dərhal iki etiraz aksiyası başlayıb.
Noyabrın 10-a keçən gecə Azərbaycan, Ermənistan və Rusiya Qarabağda 2020-ci il sentyabrın 27-si başlayan hərbi əməliyyatların dayandırılması haqqında razılaşmaya qol çəkilib. Bu sənədə görə, Qarabağa birləşən rayonlar Azərbaycana qaytarılır, azərbaycanlı qaçqınlar da ora qaytarılır. Münqaişə zonasına artıq rusiyalı sülhməramlı qüvvələr yerləşdirilib.
Razılaşmaya qol çəkilməsi Yerevanda sərt etiraz doğurub, müxalifət “Qarabağın faktiki olaraq Azərbaycana verilməsi”ni bəyan edib, kütlə artıq sənədin imzalandığı gecə hökumət və parlament binalarını dağıdıb.
Noyabrın 12-si bu saatadək baş verən olaylar və onlara səbəb olan hadisələr haqda qısaca.
Prezidentlə baş nazirin görüşü
Armen Sarsqyan və Nikol Paşinyan ölkədəki vəziyyəti müzakirə edib, prezident aparatından xəbər verilib. Görüş haqqında heç bir təfərrüat açıqlanmayıb.
Lakin noyabrın 10-u səhər prezident xəbər verib ki, Qarabağ üzrə sənədə qol çəkilməsini mətbuatdan öyrənib. Belə çıxır ki, Armen Sarqsyan bu məsələ üzrə müzakirələrdə iştirak etməyib. Lakin o hesab edir ki, Qarabağ münaqişəsinin həlli ümumilli əhəmiyyət daşıyır, deməli, istənilən hərəkət, qərar, xüsusilə də sənədə qol çəkilməsi ümumi və hərtərəfli müzakirələrin nəticəsi olmalıdır.
Prezident bununla bağlı bəyan edib ki, “ümumxalq maraqlarının müdafiəsi gündəmindən doğan qərarlar”ın razılaşdırılması üçün dərhal siyasi məsləhətləşmələrə başlayır:
“Ümid edirəm ki, on gün ərzində bu cür birliyə nail olacağıq”.
Baş nazirin müraciəti
Nikol Paşinyan Birinci kanalın efirində çıxış edib və hərbi əməliyyatların dayandırılması haqqında razılaşmaya qol çəkməsinin səbəblərini açıqlayıb. O bu sənədin erməni cəmiyyətində necə acı və peşmançılıq doğurduğunu anladığını bəyan edib. Lakin o həmin sənədə münaqişə zonasında mühasirədə qala, həlak ola və ya əsir düşə biləcək 20 mindən artıq hərbçinin xilası naminə qol çəkməyə üstünlük verib.
Bu asan qərar olmayıb, çünki Paşinyan həmin sənədə qol çəkərkən “öz siyasi karyerasınnın və həyatının” üzərindən xətt çəkdiyini dərk edib.
Bununla yanaşı, baş nazir təsdiqləyir ki, Qarabağ məsələsi həll olunmayıb və bu mənada hələ “iş görmək lazım gələcək”:
“Qarabağ probleminin və Arsax statusunun sonadək nizamlanması məsələsinin əhəmiyyətli prinsipi var. Bununla bağlı bizim vəzifələrimiz dəyişmir və Arsax respublikasının beynəlxalq tanınması qeyd-şərtsiz prioritetə çevrilir. Mahiyyət etibarı ilə Arsaxın beynəlxalq tanınmasının xeyrinə daha tutarlı arqumentlər var”.
Ermənistanın sabiq prezidentinin partiyasının tənqidi
“Mövcud hakimiyyət Qarabağa və Ermənistanı hansı müsibətə sürüklədiyini hələ dərk etməyib”, – Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın partiyası bəyan edib.
“Hakimiyyət daxili siyasi böhranın öhdəsindən gəlmək üçün konstitusiya yolunu qəti olaraq rədd edir və faktiki olaraq qarşıdurmanın kəskinləşməsi yolunu tutub. Bu guya sadiq olduğu demokratiya və parlamentarizmin kobud şəkildə pozulmasıdır”, – “Ermənistan milli konqres” partiyasının bəyanatında deyilir.
Ter-Petrosyanın partiyası bu cür ittihamla çıxış edib, belə ki daha əvvəl “Mənim addımım” hakim bloku parlamentdə ölkənin vəziyyətini müzakirə etməkdən imtina edib. Müxalifət bunu israr edib.
Azadlıq meydanında “Təsisedici parlament” radikal müxalifət təşkilatının tərəfdarları toplaşıb. Onlar elan edib ki, şəhərin mərkəzi ilə nümayiş təşkil etməyi planlaşdırır, lakin polislər nümayiş keçirməyi qadağan edib, daha sonra nümayişçiləri qovub. Bir neçə nəfər saxlanılıb.
İkinci mitinq “Matenadaran” Qədim əlyazmalar instirurunun binasının qarşısında keçirilib. Bu hələ Qarabaq üzrə bəyanata qol çəkilməmişdən əvvəl birləşən və baş nazirin istefasını tələb edən 17 partiyanın birgə aksiyası olub. Onlar sənədə qol çəkiləndən sonra mübarizələrini daha sərt formatda davam etidirib.
“Çiçəklənən Ermənistan” müxalifət partiyasının deputatı Naira Zoqrabyan xəbər verib ki, müxtəlif partiyaların 10 lideri saxlanılıb, onların hamısı siyasi məhbusdur. Onun sözlərinə görə, hakimiyyətin müxalifətçi həmkarları deputat toxunulmazlığından məhrum etmək niyyəti barədə məlumatlar var.
“Gözləyirəm, Rusiyadan olan beynəlxalq partnyorlarımızın bəyanatlarının olacağına ümid edirəm”, – Naira Zoqrabyan bəyan edib.
Daha əvvəl nə olub
Noyabrın 11-i birləşmiş müxalifət əvvəlcə baş nazirin istefası tələbi ilə mitinq keçirib. Müxalifətçilər sonra parlamentin növbədənkənar iclasının keçirilməsini tələb edib.
Ölkədə vəziyyətin və ondan çıxış yollarının müzakirə olunması təklif edilib. Ermənistan müxalifəti həmçinin baş nazirə etimadsızlıq göstərmək və Dağlıq Qarabağ üzrə razılaşmanın ləğvinə nail olmaq niyyətində idi.
Parlament iclası baş tutmayıb, çünki “Mənim addımım” hakim blokun deputatları, daha doğrusu, parlament çoxluğu gəlməyib.
Onlar fraksiyanın məqsədi Ermənistandakı daxili siyasi vəziyyəti sarsıtmaq və cəbhədəki vəziyyəti təhlükə altına qoymaq olan iclasda iştirak etmək niyyətinin olmadığı barədə bəyanat yayıb.
Parlament çoxluğu yenidən bəyan edib ki, razılaşmaya qol çəkilib və onun şərtləri qəbul edilib, çünki bu Qarabağın tamamilə itirilməsindən və insan qurbanlarından qaçmağın yeganə yolu olub.
Hakim blokun deputatları müxalifətçilərə Qarabağ müharibəsinin bitməsi barədə sənədin qanuniliyini müzakirə etməzdən öncə “ermənilərə və dünyaya aşağıdakıları bəyan etməyi təklif edib:
1. Rusiya vasitəçiliyinin ləğvini dəstəkləyirlər:
2. Rusiyalı sülhməramlıların təmas xəttindən çıxarılmasını dəstəkləyirlər;
3. müharibənin tərəfinə çıxış edilər”.
Hakim çoxluq həmçinin müxalifətçi siyasətçilərə “müharibənin bərpasında qələbə üçün yol xəritəsi”ni təqdim etməyi təklif edib.