Bayden ABŞ-ın yeni prezidenti olur. Niyə Tramp hələ də populyardır?
Co Bayden ABŞ-da keçirilən demək olar ki, ən mürəkkəb prezident seçkilərində faktiki olaraq qalib gəlib. Qalibiyyət hələ elan edilməyib, hələlik kiçik faiz səslərin sayılması qalır.
Hazırkı prezidentin mediada və ekspertlər çevrəsində “dəhşətli” adlandırılan çatışmazlıqlarına baxmayaraq, niyə Baydenin Tramp üzərində qələbəsi belə çətin oldu?
Gecə (Cənubi Qafqaz vaxtı ilə səhər saat 8-də) Co Bayden bəyanatla çıxış edib və eyni zamanda öz prioritetlərini sadalayıb:
- Pandemiya ilə mübarizə,
- İqtisadiyyatın dirçəldilməsi,
- İqlim dəyişiklikliyi ilə mübarizə,
- Sistemli irqçiliklə mübarizə
Bayden insanları səbrli olmağa və demokratik sistemə etibar etməyə çağırıb. “Biz 244 il ərzində bu bu ölkədə sübut etdiyimizi yenidən sübut edirik – demokratiya işləyir. Sizin səsiniz hesaba alınacaq”, – o deyib.
Gözlənilir ki, ümumi iştirak 120 il ərzində ABŞ-da seçkilərdə ən yüksək olacaq və 66,9 faiz təşkil edəcək. Co Bayden və onun gələcək vitse-prezidenti Kamala Harris 74 milyon səs qazanıb.
Seçki zamanı ABŞ-da əsas vəziyyətlər haqda və yeni prezidentin və onun Demokrat Partiyasının liderliyi altında ölkənin perspektivləri haqda.
Yalan Tramp prezidentliyinin vizit kartı kimi
Yalan Donald Trampı bütün prezidentliyi dövründə müşayiət edib. Amma onun son nitqi o dərəcədə apofeoz olub ki, hətta bir neçə Amerika telekanalı yayımlamaqdan da imtina edib.
Məsələn, Amerikanın aparıcı MNBC telekanalı elan edib: “Biz Donald Trampın çıxışını kəsirik, çünki orada faktlara zidd bəyanlar yer alıb”.
Bu, Amerika televiziyasının tarixində olmamış hadisədir.
- “Kəs də səsini!” – Tramp və Baydenin ilk teledebatı. Video
- Şərh: Putin Trampdan istifadə edir, Avropa sayıq olmalıdır
Amma Donald Tramp özü də siyasi fiqur kimi misilsizdir.
Amerika mediası sayıb ki, prezident kürsüsündə olduğu müddətdə Tramp 5 min dəfədən çox faktlara zidd bəyanlar səsləndirib.
Onlardan ən məşhurları:
- “Koronavirus – adi qripdir, tezlikdə keçib gedəcək” (epidemiyanın qızğın vaxtında)
- “NATO ABŞ-ı soyur” (bu təşkilatın büdcəsinin ədalətsizcə formalaşması haqda).
- “Epidemiya ABŞ iqtisadiyyatına təsir etməyib” (bu müddət ərzində daha 6 milyon insan yoxsulluq həddinə düşüb).
Donald Tramp başqa nədə günahlandırılır?
Mütəmadi yalan qüvvədə olan prezidentə qarşı yeganə irad deyil.
Onun dövründə və onun birbaşa təhriki ilə Amerika cəmiyyətində ziddiyyətlər kəskinləşib. İlk növbədə də irqi qarşıdurma.
Dəri rəngi ağ olmayan insanlara, LGBT nümayəndələrinə, dini azlıqlara qarşı zorakılıq hallarının sayı dəfələrlə artıb.
Donalt Tramp həmçinin bütün dünyadakı diktator rejimlərinə qarşı həddən artıq tolerant münasibət göstərməkdə günahlandırılır. Hər şeydən əvvəl ona Rusiya və Türkiyə prezidentləri Putin və Ərdoğan kimi liderlərə rəğbətini irad tuturlar.
Bundan başqa, Tramp təcridə yönəlik xarici siyasət yürüdüb – o hesab etmirdi ki, ABŞ ölkənin kənarındakı vəziyyətlərə görə məsuliyyət daşıyır. Hesab olunur ki, bu, dünyada bir neçə silahlı münaqişənin, o cümlədən də Yaxın Şərq və Cənubi Qafqazda toqquşmaların gərginləşməsində rol oynayıb.
Donald Tramp necə hakimiyyətə gəldi və populyar oldu?
Donald Trampın Corcia ştatında, Atlantada mitinqdəki tərəfdaşları. Plakatda yazılıb: “Bəsdir, oğurladınız [səsləri]”. 6 noyabr, 2020. REUTERS/Dustin Chambers
Trampın və Respublikaçılar Partiyasının 2016-cı il seçkilərində qələbəsi ABŞ-ın Demokratik Partiyasının son 50 ildə uğursuz fəaliyyətinin nəticəsi olub – Britaniyanın The Guardian qəzetinin şərhçisi Ouen Cons hesab edir.
Hakimiyyətdə Barak Obama və Demokratik Partiya olduğu zaman idarəetmənin əsas səhvləri haqda:
- İşləmək istəməyib, müavinətdən yararlanma istəyənlərə düşünülmədən maddi dəstək – vicdanlı vergi ödəyicilərinin hesabına.
- Etnik azlıqlardan olan radikallara qarşı çox da sərt qarşı qoya bilməməsi – əvəzində qeyri-ağ dərili əhali seçkilərdə Demokratik Partiyanı dəstəkləyəcəyinə ümid edərək.
- ABŞ-da iş yerlərinin məhv edilməsi – iri korporasiyalara münasibətdə yürüdülən siyasət onlara cəzasızca istehsalı digər ölkələrə çıxarmağa imkan verdi.
Məhz bu probllemlər üzündən Co Baydenin qələbəsi o qədər də təsirli olmadı – bəzi ştatlarda onun Tramp üzərində üstünlüyü cəmi bir neçə min səsdən ibarət olub.
Bayden Ağ Evə gələndən sonra da bu problem yox olmayacaq.