Saxta mandarin
Rusiyada onlar çox məşhurdur, bu onların ekoloji təmizliyi ilə və xüsusi dadı ilə bağlıdır. Yəgin abxaz mandarinlərinin məşhurluğuna görədə problem yarandı: Roskontrol tərəfindən keçirilən kütləvi yoxlamalar aşkar edib ki, Moskva bazarlarında satılan «abxaziya mandarinlərin» demək olar ki 100 faizi əslində Çindən və qismən Türkiyə və Yunanistandan gətirilib.
Yoxlama oktyabr ayında keçirilmişdir, və Abxaziyanın hər bir sakini üçün belə bir yoxlamanın keçirilməsi gülməli səslənir. İş orasındadır ki, bazarlarda abxaziya mandarinlərinin oktyabrda olması qeyri mümkündür! Abxaziyada sitrus meyvələrin yığılma mövsümü noyabr ayının ortasında başlayır, və Rusiya bazarlarına onları indi-indi gətirməyə başlayırlar.
Facebook şəbəkəsindən istifadə edən Abxaziyalılar Rusiyada abxaziya mandarinlərinin saxtalaşdırılması haqqında hekayələrdən heyran olublar və öz brendləri ilə fəxr edirlər. Tipik şərh: «Əgər bizim mandarinləri, vaxtında amerikan cins şalvarlarını kimi, fəal saxtalaşdırırlarsa,– bu bir daha onların keyfiyyətini və məhşurluğunu təsdiq edir».
Abxaziya mütəxəssisləri isə bu barədə başqa hisslər keçirirlər və məşhurlaşan brendin təcili müdafiəsini tələb edirlər.
«Dağlı Abxaziya» fondunun direktoru Tenqiz Tarba deyir ki, «Axırınci 20 ildə biz brendin məşhurlaşması üçün heç bir iş görməmişik. Etibarlılıq, keyfiyyət və alınmağa layiq olduğunu deyən Mersedes və ya BMW loqotipləri kimi bu mandarinin hər hansısa öyrəşikli vizual təsviri yoxdur».
«Dağlı Abxaziya» fondunun direktoru Tenqiz Tarba
O belə hesab edir ki, dövlət proqramına təlabat var, çünki ticarət təşkilatları abxaziya məhsulunun müntəzəm müdafiəsi üçün təklikdə strategiya qura bilmirlər.
Tenqiz Tarba deyir ki, «Mandarinin qrafik təsvirini yaradanda, yanına bir cümlə, bu sadəcə «abxaz mandarini» kəlməsi olsa belə, yazdıqda; həmin təsviri patentləyəndə – bu anda sən öz brendini müdafiə etməyə hüquqi imkan qazanırsan. Bu artıq adi cümlə deyil, bu – milyonlarla dollar qiymətində dövlət dəyəridir».
Hələ ki belə bir müdafiə yoxdur – özümüz müdafiə oluna bilərik. Abxaziyanın kənd təsərrüfatı naziri Timur Eşba tərəfindən məsləhət: «Əgər sizin şübhəniz var, əlbəttə siz malın əmələ gəlmə sertifikatını tələb edə bilərsiz. Amma mandarinləri görünüşünə görədə ayırmaq olar. Abxaz mandarinləri gözəçarpan sarı rəngdə olur. Mərakeş, Türkiyə və Yunanıstan mandarinlərin rəngi isə gözəçarpan narıncıdır. Bundan başqa onların dadlarıda fərqlənir – bizim mandarinin kəskin sitrus ətiri var, çin mandarinində isə yox».