Marixuana çəkmək cinayət deyil!
Qanunvericilikdə bu dəyişiklikliyin edilməsində qismən 30 yaşlı Beka Çikarişvilinin də rolu var.
Konstitusiya məhkəməsinə marixuananadan istifadə üçün həbs nəzərdə tutan maddənin qanunundan çıxarılması tələbi ilə müraciət edən məhz o – Beka Çikarişvili olmuşdur.
İnternet istifadçiləri Beka Çikarışvili ilə çoxdan tanışdır. Son iki ildə sosial şəbəkələrdə keçirilən internet kampaniyaların, Tbilisi küçələrində təşkil olunan etiraz aksiyalarının əsas şuarı “Beka cinayətkar deyil idi. Aksiyaların məqsədi Beka Çikarişviliyə dəstək verməklə yanaşı, qanunvericilikdə olan mövcud anti-humanist maddənin dəyişdirilməsi tələbi idi.
Tbilisidə marixuananın qanuniləşdirilməsini tələbi ilə təşkil olunan etiraz aksiyası
İki il əvvəl -2013-cü ilin iyun ayında 28 yaşlı gənc musiqiçi Beka Çikarişvilinin marixuanadan istifadə etdiyinə görə saxlanılması ictimaiyyəti şoka saldı. Onu marixuandan istifadə,əldə etmək və saxlanılması maddəsi ilə 7 ildən 11 ilə qədər həbs cəzası gözləyirdi.
Beka Çikarişvili
18 gün həbsdə keçirdikdən sonra Beka girov qoymaqla azad olunmuş və 1 ildən çox məhkəmə prosesinin başlanmasını gözləmişdir. “Hazırkı qanunvericilik heç bir günahı olmayan insanı cinayətkar kimi qələmə verir. Artıq bir ildir ki, cəmiyyət üçün heç bir təhlükə törətmədiyimi və cinayətkar olmadığımı sübüt etməyə məcburam, – o deyir.
Küçələrdəki aksiyalarla yanaşı Çikarişviliyə dəstək məqsədi ilə sosial şəbəkələrdə də təbliğatlar aparılırdı. Çikarişvilinin tərafdaşları şəkillər və video müraciətlər vasitəsi ilə hüquq mühafizə orqanlarından təqdiqblərə son qoyulmasını tələb edirdi.
İndi isə Çikarişvili Konstitusiya məhkəməsində qalib gələdiyi üçün onun üzərində olan həbs qərarı qüvvədən düşüb.
Konstitusiya məhkəməsi 24 oktyabrda “ Beka Çikarişvilinin Gürcüstan parlamentinə qarşı işi üzrə yekun qərar qəbul edib.
Məhkəmənin yekun qərarında bildirilir ki, məhkəmə marixuananın insan sağlamlığına vurduğu zərəri anlayır və qəbul edir, lakin, 70 qram marixuananun şəxsi istifadə və saxlanılması üçün nəzərdə tutulan həbs cəzası konstitusiyaya ziddir.
Məhkəmə qərarırın ardınca Beka Çikarişvili öz feysbuk səhifəsində paylaşım edərək ona dəstək olan hər kəsə təşəkkür etmişdir.
Beka Çikarişvili öz həmfikirlərinə təşəkkür edir və bildirir ki, Gürcüstanda vətəndaş aktivliyi qalib gəldib
Öz bəyanatında Konstitusiya məhkəməsi həmçinin bildirir ki, bu qərar marixuananı qanuniləşdirmir və narkotik maddələrin satış məqsədli olduğunn “açıq və aydın saxlanılan marixuananın həcminin həddən artıq çox olduğu və alqı satqı məqsədi ilə ( həcmindən aslı olmayaraq) nəzərdə ttutulduğunu göstərən hallar üçün keçərli deyil.
__________________________________________________________________
Gürcüstan ictimaiyyətinin bir hissəsi çoxdandı marixuananın qanuniləşdirilməsini tələb edir. “İnsan hüquqlarını pozan narko siyasətin dəyişdirilməsi tələbi ilə müntəzəm olaraq etiraz aksiyaları keçirilir.
- Mövcud qanunvericiliyə görə, marixuananın az miqdarda istifadəsi və alınması 500 lari cərimə ilə cəzalandırılır. Lakin, yuxarıda sadalanan hal ikinci dəfə baş verərəsə, bu halda qanunu pozan şəxsi həbs cəzası gözləyirdi. Konstitusiya məhkəməsinin qərarı isə gələcəkdə ehtiyat tədbiri kimi həbs cəzasını ləğv etdi.
Marixuananın qanuniləşdirilməsinin lehinə və əleyhinə olan insanların öz arqumentləri var.
Lehinə olan arqumentlər
1. Mövcud qanunvericilik marixuanadan az miqdarda istifadə, saxlanılması və alınmasına görə cinayət məsuliyyəti nəzərdə tutur. Qanunvericilikdə dəyişiklik polisin də demokratikləşməsinə səbəb ola bilər.
2. Marixuana istifadə edənlərə qarşı görülən tədbirlər müsbət nəticələnmir- narkomanların sayını azaltmır.
3. Gürcüstanda yüksək miqdarda kustar üsulla hazırlanan narkotiklər dövriyyədədir. Bu halda həmin narkotikləri istifadə etmək yerinə nəzərdə tutulan miqdarda marixuana çəkmək daha yaxşıdır.
4. Marixuanadan istifadənin ( hətta müntəzəm belə olsa) cəmiyyətə heç bir təhlükəsi yoxdur. Buna görə də bu kiçik qanun pozuntusuna belə şiddətli cəza vermək heç də deyil.
5. Vətəndaşları marixuanadan istifadəyə görə kütləvi şəkildə həbsə atmaq yerinə, daha yaxşı olardı ki hakimiyyət narkotiklərdən istifadənin qarşısını almaq üçün ehtiyat tədbirləri görməlidir. Məsələn, sağlam həyat tərzini təbliğ etməli, münasib qiymətlərlə xidmət göstərəcək idman komplekslərinin açılmasına çalışmalıdır.
Əleyhinə olan arqumentlər
1. Adətən marixuanadan istifadə narkomnalıq yolunda ilk addımlardır. Onun ardınca narkotikin daha təhlükəli növlərindən istifadə dövrü başlayır.
2. Cəzanın yüngülləşdirilməsi onsuzda sayı az olmayan marixuana istifadəçilərinin sayını daha da çoxaldacaq. ( dəqiq statistika olmasa da, saylarının 100 mindən az olmadığını demək olar)
3. Mövcud qanunların mənfi tərəfləri olsa da, cinayət məsuliyyəti bir çox insanı narkotik istifadəsindən çəkindirən mühüm faktordur. Əgər o ləğv olunsa, marixuanadan istifadə adi hal olacaq.
4. Narkotikdən müntəzəm istifadə insan sağlamlığı üçün olduqca zərərlidir. Onun orqanizmdə yaratdığı fəsadlar insan taleyini heç də həbs cəzasından az məhv etmir.
5. Cinayət məsulliyyətini tələsik, fikirləşmədən ləğv etmək olmaz. Liberallaşdırma prosesinə başlamaq üçün əvvəlcə yaxşı mühit yaradılmalıdır – əsasən, qabaqlayıcı tədbirlər sistemi gücləndirilməli və effektiv müalicə proqramı hazırlanmalıdır.
Mənbələr: “ İnsan hüquqları və monitorinqi mərkəzi, “Narkotik və psixantrop maddələrdən istifadə və narkoloji yardım haqqında qanun, “ Gürcüstanda narkotikdən istifadə/ narko siyasətin qanuni təhlili