Böyük qaçış planlayıram
Ümumiyyətlə, mən böyük qaçış – daha doğrusu geri dönüş planlayıram. Bir gün mən öz doğma Doveximə- paytaxtdan 200 kilometr aralıda yerləşən Tavuş əyalətinin balaca kəndinə qayıdacam. Ot biçib, heyvandarlıqla məşğul olacam. Hərdən ora gedirəm.
Mən idmanı sevirəm. Cavanlıqda futbolla və uzun məsafələrə qaçışla məşqul olurdum. Uşaqlıqda idman şərhçisi olmaq istəyirdim.Yerevan Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul oldum. O zaman müharibə gedirdi- idman barəsində düşünməyə imkan yox idi. Qarabağ hadisələrindən, siyasətdən və regionda baş verənlərdən yazmağa məcbur idim. Arzum yavaş-yavaş arxa plana keçirdi. Ola bilsin ki,nə vaxtsa arzum real oldu.
Jurnalistika- xəstəlik kimidir. Elə bir xəstəlik ki, beynin daima yazmağa və araşdırmağa mövzu axtarır. İdman şərhçisi olmaq arzum baş tutmadıqda, ağlıma belə gəlməzdi ki, jurnalistika məni belə özünə çəkəcək. Amma çəkdi.
Çap olunmuş iki kitabım iki illik zəhmətin məhsuludur. İkinci kitabımı Qarabağ probleminə və gedən danışıqlar prosesinə həsr etmək istəyirəm. Kitabda atəşkəs bağlandığı 1994-cü ildən bu günümüzə qədər keçirilən danışıqlar, ikitərəfli və çoxtərəfli görüşlər haqqında yazacam.
Həyatımın ən xüsusi insanı- qızım Sona. Onun dörd yaşı var. Onunla harasa getməyi çox sevirəm. Onunla bir çox yerlərə gedirik, Ermənistanın təbiəti ilə tanış oluruq. İndi bu səyahətlər onun üçün oyun kimidir, lakin əminəm ki, bunlar onun üçün əhəmiyyətli olacaq.
Tatul Akopyan –Qafqaz konfliktləri üzrə ixtisaslaşmış jurnalist. “ Yaşıl və qara: Arcax gündəliyi, (2008) “ Araratdan baxış: ermənilər və türklər (2012) kitablarının müəllifi. “Siviltas fondunun eksperti. “Erməni araşdırmalar mərkəzinin koordinatoru.