2020-ci il oktyabrın 6-də Qarabağda baş verən hərbi əməliyyatlarla bağlı xəbərlər
-
Qarabağ prezidenti “beynəlxalq anti-terror koalisiyası yaratmağa” çağırıb
Araik Harutyunyan bu çağırışla Facebook səhifəsində çıxış edib.
O bildirib ki, Qarabağ və Ermənistan beynəlxalq terrorizmlə mübarizənin ön cəbhəsində qalıb:
“Amma hazırkı vəziyyətdə spesifiklik ondan ibarətdir ki, dinc sivilizasiyanın mövcudluğunu təhdid edən düşmən BMT üzvü olan dövlətin bayrağı altında bizim ölkəmizə qarşı çıxıb, bu dövlətin ordusunun tərkibində və çox vaxt müntəzəm ordunun əvəzinə. Müasir dünyada heç nəyi heç kimdən gizlətmək mümkün olmadığı bir zamanda hamı cihadçıların beynəlxalq terrorçu şəbəkəsinin Azərbaycana daxil olduğunu əyani şəkildə gördü. Dünyada heç bir dövlət üçün artıq sirr deyil ki, bu dəhşətli terrorçu şəbəkənin hədəfi rtsax və Ermənistanın dinc sakinləri, bizim şəhərlərimiz və kəndlərimiz, bizin azad yaşamaq və öz taleyimizin sahibi olmaq hüququmuzdur”.
DQ prezidentinin fikrincə, bu şəbəkənin idarə olunmasına cəlb olunmuş məhz Türkiyə rəsmi Bakının razılığı ilə Cənubi Qafqazda yeni beynəlxalq terrorizm ocağı yaradır. Harutyunyan bütün dünya dövlətlərini Türkiyənin Azərbaycanı “Cənubi Qafqazda terrorizm yuvasına” çevirmək planına mane olmağa çağırıb:
“Ermənistan və Artsax bugün bu mübarizənin ön cəbhəsindədir, çünki bizə oxunan meydanı ləyaqətlə qəbul etdik. Biz tam qələbəyə qədər mübarizə aparacağıq. Amma bu problem təkcə Ermənistan və Artsax üçün deyil.
Müstəqillik uğrunda mübarizə aparan dövlətin prezidenti kimi sivil dünyanı terrorla mübarizədə fəal iştirak etməyə çağırırıq. Günün imperativi işlək və effektiv beynəlxalq anti-terror koalisiyanın yaradılmasıdır”. -
Avropa İnsan Haqları Məhkəməsi Ermənistan hökumətinin Türkiyəyə qarşı müraciətini təmin edib
Bu, Ermənistanın Avropa Məhkəməsinə artıq ikinci müraciətidir. Bu dəfə Ermənistan AİHM-ə Türkiyəyə qarşı ara tədbirlərin tətbiq edilməsi üçün müraciət etmişdi. Müraciət Türkiyənin münaqişə zonasında hərbi əməliyyatlara cəlb olunması və Azərbaycan SQ-i dəstəkləməsi ilə əlaqədardı.
Üstəlik müraciətdə göstərilib ki, bu hərbi əməliyyatlar Qarabağ və Ermənistanın mülki əhalisinə qarşı yönəlib və beynəlxalq humanitar hüquqların və Avropa insan haqları konvensiyasının kobud pozulması ilə müşayiət olunur.
Avropa Məhkəməsi yenə də Ermənistan hökumətinin müraciətini təmin edib:
“Məhkəmə ara tədbirlərin tətbiq edilməsi haqda 29 sentyabr qərarını təsdiqləyib və münaqişəyə birbaşa və dolayısı ilə cəlb olunmuş ölkələri, o cümlədən də Türkiyəni Avropa konvensiyasında nəzərdə tutulan mülki vətəndaşların hüquqlarını pozmaqdan çəkinməyə çağırıb”.
Ermənistanın ilk müraciəti AİHM-ə sentyabrın 27-də təqdim olunmuşdu. Bu, Qarabağ ətrafında təmas xətti boyunca və Ermənistanın Vardenis rayonu istiqamətində genişmiqyaslı hərbi əməliyyatların başlaması ilə bağlıdır. Ermənistan Azərbaycanı hərbihücum əməliyyatlarını, o cümlədəndən də insanlara, mülki obyüktlərə və yaşayış məntəqələrinə nöqtə atışlarını dayandırmağa məcbur etməyi tələb edib.
AİHM-in ilk qərarında hər iki münaqişə tərəfinə, yəni Azərbaycana və Ermənistana “mülki vətəndaşların konvensiya ilə nəzərdə tutulan haqlarının, o cümlədən də onların həyatını və sağlamlığını təhlükə altına qoyan istənilən addımdan, xüsusən də hərbi əməliyyatlardan çəkinməyə” çağırıb.
-
İran Qarabağ münaqişəsi tərəflərinə sərt tədbirlər haqda xəbərdarlıq edib
Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar nəticəsində İran ərazisinə artıq dəfələrlə mərmi düşməsi bu ölkə hakimiyyətini qəzəbləndirib. Oktyabrın 5-də İran mediası xəbər verib ki, Ermənistan və Azərbaycanla sərhəddə yerləşən İran əyalətinin ərazisinə bir neçə bomba düşüb, 6 yaşlı uşaq yaralanıb, yaşayış binaları zədələnib.
İranın müdafiə naziri general Əmir Xətami bildirib: “Sərhədlərimizin təhlükəsizliyi bizim üçün həyati əhəmiyyət kəsb edir. Bizim üçün istənilən hücum qəbulolunmazdır və əgər bu addımlar təkrarlanarsa, biz xəbərdarlıqdan başqa daha sərt tədbirlərə əl atacağıq”.
Birinci dəfə bildirilmişdi ki, Azərbaycan tərəfindən atılan mərmi İran ərazisinə düşüb. Bu dəfə bombaların haradan düşdüyü haqda hələlik məlumat verilməyib.
-
“Düşmən Azərbaycanın üç rayonunun ərazisini atəşə tutub” – Müdafiə Nazirliyi
“Ermənistan Silahlı Qüvvələri Yevlax, Goranboy və Beyləqan rayonlarının ərazilərini atəşə tutub”, – Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
-
Azərbaycanın xüsusi xidmət orqanları Ermənistan tərəfdə döyüşən muzdluların radio danışıqlarını yaxaladığını bildirib
Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında deyilir ki, Dağlıq Qarabağda Ermənistan Ordusunun tərkibində İraq və Suriyadan kürd terrorçu qruplaşmalarının üzvləri döyüşür.
Məlumatda iddia olunur ki, Azərbaycanın DTX-iterrorçuların radio danışığını yaxalayıb.
“Həmin səs yazılarında terrorçular erməni tərəfində vəziyyətin ağır və itkilərin çox olması, azərbaycanlılar tərəfindən dronların effektli tətbiqi barədə müzakirələr aparır, ermənilərin məlumatlarına aldanaraq, münaqişə bölgəsinə gəldiklərindən peşmanlıq keçirdiklərini bildirirlər”, – məlumatda deyilir.
-
“Azərbaycan İranın təhlükəsizliyini iqnor edir” – Ermənistanın Müdafiə Nazirliyi
Günortaya yaxın Azərbaycan SQ ehtiyat qüvvələrdən və çox sayda hərbi texnikadan, o cümlədən də tank və artilleriyadan istifadə edərək təmas xəttinin cənub istiqamətində genişmiqyaslı hücuma başlayıb. Bu haqda Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan bildirib:
“Düşmənİran İslan Respublikasının təhlükəsizliyini iqnor edir. Düşmənin böyük həcmdə hərbi resursu metodiki məhv edilir”.
-
Ermənistanın baş naziri Dağlıq Qarabağdadır
Nikol Paşinyan hərbi rəhbərliklə məsləhətləşmə aparıb – hökumətin rəsmi Facebook səhifəsində bildirilir. Ön cəbhədə operativ vəziyyət və silahlı qüvvələrin növbəti addımları müzakirə olunub. Digər təfərrüatlar haqda hələlik bildirilmir.
Վարչապետ Նիկոլ Փաշինյանը հոկտեմբերի 5-ին այցելել է Արցախի Հանրապետություն: Վարչապետն ԱՀ նախագահ Արայիկ Հարությունյանի և…
Posted by ՀՀ կառավարություն on სამშაბათი, 06 ოქტომბერი, 2020
-
“Azərbaycan tərəfi dezinformasiya yaymağa davam edir” – Ermənistanın Müdafiə Nazirliyi
Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan bildirib ki, Azərbaycan Ermənistan SQ-in guya Azərbaycanın dinc şəhərlərini atəşə tutduğu haqda xəbər yaymaqda davam edir:
“Azərbaycanın hərbi-siyasi rəhbərliyi beynəlxalq ictimaiyyəti və öz xalqını aldatmaq siyasətini davam etdirir. Bəyan edirik ki, Azərbaycan istiqamətində atəş açılmayıb…
Aydındır ki, rəsmi Bakının dezinformasiyası beynəlxalq ictimaiyyətin, o cümlədən də həmsədr ölkələrin hərbi əməliyyatları dərhal dayandırmaq haqda çağırışlarını qulaqardına vuraraq hərbi əməliyyatları bərpa etmək üçün təbliğat zəminin hazırlanmasına istiqamətlənib”.
Müdafiə ordusunun yalnız “düşmən terrorçu dəstələrinə” atəş açdığı haqda Dağlıq Qarabağ prezidentinin mətbuat katibi Vaham Poqosyan da Facebook-da yazıb:
“Qarabağda vəziyyət stabil gərgin olaraq qalır… Müəyyən mövqe uğurları əldə etmişik”. -
“Stepanakertin mütəmadi atəşə tutulması nəticəsində “Təcili yardım” həkimləri vaxtında yardım göstərə bilmirlər” – Ermənistanın səhiyyə naziri
“Azərbaycan yolverilməz əməllərinə davam edir, yaşayış binalarını və mülki infrastrukturları atəşə tutur. Mən şəxsən Stepanakert mərkəzi xəstəxanasının qarşısına raket düşdüyünün şahidi oldum. Növbəti dəfə məhz xəstəxananın zərbə altında qalacağı iistisna deyil”, – Ermənistanın səhiyyə naziri Arsen Torosyan brifinqdə bildirib.
Onun sözlərinə görə, Dağlıq Qarabağda hospitallar və mülki xəstəxanalar lazımi tibbi preparatlarla və qan ehtiyatı ilə təmin olunub. Mütəxəssis çatışmazlığı da yoxdur. Amma Ermənistandakı tibb işçilərinin çoxu hazırda Qarabağa, həmkarlarının köməyinə getmək istəyirlər. Nazir deyib ki, onlar “xaos yaratmamaq və hər şeyi lazımi qaydada təşkil etmək üçün” müraciətləri geri çevirməli olurlar.
-
“Stepanakert atəşkəs xahiş etməyəcək” – Qarabağ parlamentinin spikeri
Əvvəldən müharibəni Azərbaycan hakimiyyəti başladıb, amma indi müharibəni Türkiyənin hərbi-siyasi hakimiyyəti aparır – Dağlıq Qarabağ parlamentinin spikeri Artur Tovmasyan brifinqdə deyib.
“Bu, ermənilərin və azərbaycanlıların müharibəsi deyil, bu, Türkiyənin Qafqaza soxulmaq cəhdidir”.
Bununla əlaqədar olaraq Tovmasyan hesab edir ki, beynəlxalq ictimaiyyət Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı sanksiya tətbiq etməlidir. Bundan başqa, parlament spikerinin sözlərinə görə, Stepanakert Qarabağ münaqişəsinin nizamlanmasında iştirak etməlidir.
-
Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan ordusunun nəzarət altına aldığı Çaxırlı kəndindən video yayıb
Cəbrayıl rayonunun Çaxırlı kəndi oktyabrın 3-də Azərbaycan ordusu tərəfindən nəzarət altına alınıb. Bu haqda Azərbaycan prezidenti İlham Əliyev Twitter-də bildirib.
-
“Sərhəddə gecə nisbətən sakit keçib” – Ermənistan Müdafiə Nazirliyi
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Facebook səhifəsində bildirib ki, bu, “beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağ münaqişə zonasında dərhal hərbi əməliyyatların dayandırılması haqda çoxsaylı çağırışlarının” nəticəsidir.
Paylaşım “eskalasiyanın davam etməsi təqdirində bütün məsuliyyət Azərbaycanın hərbi-siyasi rəhbərliyinin üzərindədir” məzmunda növbəti xəbərdarlıqla yekunlaşıb.
-
Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan tərəfinin məlumatını təkzib edib
Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlının sözlərinə görə, Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsinin guya Azərbaycan ordusunun hərbçiləri üçün “hiyləgər tələ” qurduqları və onları məhv etdikləri haqda yaydığı informasiya yalandır, əsassızdır və növbəti dezinformasiyadır.
“Bəyan edirik ki, Ermənistan tərəfi böyük canlı qüvvə və hərbi texnika itkisi verərək geri çəkilmək məcburiyyətindədir. Bizim işğalda olan torpaqlarımız azad edilir. Bu, mübahisəsiz faktdır”, – o deyib.
-
6 oktyabr səhər hadisələrin qısa icmalı
Qarabağda döyüşlərin onuncu günü.
• Sentyabrın 27-i səhər döyüşlər başlayandan Ermənistan tərəfindən 222 nəfər hərbçi həlak olub – bunu Ermənistan mediası Qarabağ müdafiə ordusuna istinadən bildirir. Yaralıların sayı haqda mılumat verilmir. Azərbaycan tərəfində həlak olan hərbçilərin sayı da məəlum deyil. Ekspertlər artıq onuncu gündür ki, davam edən döyüşlərin intensivliyini nəzərə alaraq hesab edirlər ki, həlak olanların sayı çoxdur.
• Dinc sakinlər arasında qurbanlar artır. Azərbaycan tərəfində ümumilikdə 26 nəfər həlak olub, 121 nəfər yaralanıb. Ermənistan tərəfində 19 nəfər həlak olub, 80 nəfərə yaxın yaralı var.
• Azərbaycan ordusu Füzuli, Cəbrayıl, Tərtər və Ağdərə (Mardakert) rayonlarının ümumilikdə 24 kəndini, Cəbrayıl şəhərini və bir neçə strateji yüksəkliyi nəzarət altına alıb – Azərbaycanın Müdafiə Nazirliyinin məlumatında deyilir.
• Hər iki tərəf gərgin döyüşlərin davam etddiyini bildirir.
• Azərbaycanın əhəmiyyətinə görə ikinci şəhəri Gəncə şəhəri yenidən Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub. Həmçinin Tərtər və Ağcabədi şəhərləri də atəşə məruz qalıb.
• Azərbaycan hərbçilərinin Qarabağın paytaxtı Stepanakert istiqamətində kütləvi artilleriya atəşi davam edib.
• “Hərbi əməliyyatlar bütün Azərbaycan ərazisinə yayıla bilər” – Qarabağ prezidentinin mətbuat katibi belə bir bəyanat dərc edib.
• Qarabağ ordusu geriyə çəkilmə imitasiyası yaradaraq Azərbaycanın hərbi dəstəsini “tələyə saldığı” haqda məlumat yayıb. Azərbaycanın Müdafiə Nazirliyi bu məlumatı feyk adlandırıb.
• Ermənistanın Müdafiə Nazirliyi oktyabrın 4-də Azərbaycanın su anbarı və əsas elektrik stansiyasının yerləşdiyi Mingəçevir şəhərini atəşə tutduğunu inkar edib. Bildirilib ki, “Smerç” mərmiləri üçün məsafə böyükdür, həm də bu mərmilər Azərbaycanda dərc olunan fotoda görünəndən daha böyük dağıntılara səbəb olur.
• Ermənistanın baş nazirinin oğlu Aşot Paşinyan könüllü cəbhəyə yollanıb.
• Rusiya, Fransa və ABŞ XİN rəhbərləri ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin nümayəndələri kimi birgə bəyanatla çıxış ediblər. Onlar tərəfləri dərhal atəşi dayandırmağa çağırıblar və bütün regionda stabilliyin təhlükə altında olduğunu bildiriblər.
• Ermənistanın baş naziri Rusiya prezidentinə zəng edib. Qarabağda döyüşlərin genişmiqyaslı xarakter daşıması və hər iki tərəfdən aralarında dinc sakinlər də olmaqla böyük itkilərin verildiyi müzakirə olunub. Putin vurğulayıb ki, dərhal hərbi əməliyyatları dayandırmaq lazımdır.
• Avrasiya İqtisadi İttifaqının (Rusiyanın liderliyi altında fəaliyyət göstərir) sammitini hazırlayan qrup Yerevana gəlib. Sammit 8-9 oktyabrda baş tutmalıdır, Rusiya baş naziri Mişustinin iştirakı gözlənilir.
-
2020-ci il oktyabrın 5-də Qarabağda baş verən hərbi əməliyyatlarla bağlı xəbərlər, reportajlar, foto/video