Mixail Şevelyov, Moskva
Son iyirmi il ərzində Moskva restoran biznesində birincilik uğrunda mübarizədə qaliblər tez-tez dəyişirdi. Gah italyanlar, gah yaponlar, gah hindular, gah da heç kimə məlum omayan fyujn lider olurdu. Bu gün artıq tam aydındır ki, ərköyün Moskva istehlakçısı Qafqaz mətbəxini qeyd-şərtiz qalib elan edir.
Terminin yaranması
Məhz Qafqaz – Azərbaycan, erməni və gürcü mətbəxini bir-birindən ayırmadan. Moskvada hələ də baş aşpazın konkret milli mənsubiyyətini qeyd edən son istehkamlar qalıb, amma bunun adi marketinq fəndi olduğunu anlamaq üçün menyuya baxmaq kifayət edir. Qutab və gürcü xəngəli, xaş və satsivi, Bakı nərəsi və qızardılmış barabulka, xaçapuri və basdırma, “Ararat və çaça – bütün bunlar hər yerdə bir menyunun içində dinc şəraitdə qonşuluq edir. Milli saflığı qoruyanları bu biznesdə iflas olmaq təhlükəsi gözləyir.
Kremldən Birülyovo rayonuna qədər
Qafqaz mətbəxinin qələbəsinə əmin olmaq üçün statistikaya ehtiyac yoxdur. Xəngəlxanaların və adı sahibinin adı ilə bağlı olan iaşə obyektlərinin sayının necə sürətlə artmasını görmək kifayət edir.
Bu ekspanasiya mərkəzə yaxınlıqla kifayətlənmir. Və heç bir özünə hörmət edən Moskva ofisində cümə günləri içki məclisi yavaş-yavaş, amma əminliklə pizzanı sıxışdıran osetin piroqları gəlməmiş başlamır.
“Googleun məlumatlarına inansaq, məlum olur ki, Qafqaz mətbəxi Moskvada təkliflərin sayına görə italyan mətbəxinə uduzur (bir sorğuya 1,500 cavab) və yapon mətbəxi ilə burun-buruna gəlir (təxminən 1,000).
Amma əslində bu məlumatlar dəqiq deyil. İtalyanlar və yaponlar mütləq qaydada şəxsi saytlarını yaradır və özlərini internetdə təbliğ edirlər. Daha varlı olan qafqazlılar da onlardan geri qalmır, bununla belə, metro stansiyalarından uzaqda, ucqar rayonlarda olan və yerli müştərilər üçün nəzərdə tutulmuş çox sayda restoran və kafelər var. Həmin yerli sakinlər də onlara qarşılıq verir, buna görə də bu yerlər onlayn promouşuna pul xərcləməyə ehtiyac duymurlar.
Maqnoliya
Rusiya paytaxtında ən məşhur Qafqaz restoranlarından biri olan “Maqnoliya şəhərin kənarında, dəmir yolu platformasının yaxınlığında yerləşir. Üzdən daha çox anbara oxşayır, interyeri isə ürək dağlayır – ucuz mebel, kulyonka süfrələr, bar masasının üstündə Valeri Xarlamovun şəkli, hardasa otuz il əvvəl İzmaylovo bazarında alındığı açıq-aydın görünən şəkillər və küncdə iki kasetli maqnitofon.
Daxili interyerin daha bir elementi də “Maqnoliyanın sahibi və onun dostlarıdı, onlar sutkanın istənilən saatında iki işlə məşğuldur – nərd oynayır, ya da kimin daha dahi futbolçu olması ilə bağlı mübahisə edirlər – Slava Metreveli, yoxsa David Kipiani.
İlk baxışdan, bütün bunlar populyar ola bilməz. Amma bu “yoxsulluq sığınacağının girişində dayanan avtomobillərə bir nəzər yetirin. İki ən mötəbər Moskva seriyasının – “ЕКХ və “АМР – çoxluğu sübut edir ki, bu maşınların sahibləri gündəlik gəlirləri bütün “Maqnoliyanın dəyərinə bərabər olan restoranlarda nahar edə bilərlər. Bunun sirri nədədir?
Heç bir sirr yoxdur. Birincisi, burada yeməklər çox dadlıdır. İkincisi, bura əfsanəvi yerdir. Öz şöhrətinə görə “Maqnoliya rejissor Fyodor Bondarçuka borcludur. Bir neçə il əvvəl o, öz bloqunun oxucularına danışdı ki, Rublyovka şossesindəki dəhşətli tıxac zamanı o məhz “Maqnoliya’da vaxtını keçirir və oradan da evinə tox, rahat və olduqca xoşbəxt qayıdır. Çoxsaylı oxucular vaxt itirmədən rejissor Bondarçukun müşahidələrini öz təcrübələrində yoxladırlar və əmin oldular. Görünən budur ki, tezliklə orada əvvəlcədən yer sifariş vermək lazım olacaq.
Rəqiblər
Apreldə Moskvanın ilk və ən məşhur Qafqaz restoranı olan Tverskoydakı “Araqvinin açılışı gözlənilir. Bir vaxtlar o, bu bazarda inhisarçı idi, amma vaxt dəyişib. Uzun illər sürən bərpadan sonra “Araqvi çox sayda rəqibin olduğu mühitə qayıdacaq.
İndi “Araqvinin sahibləri reklam kampaniyası keçirir və burada əsas iki məsələyə diqqət çəkilir. Onların sözlərinə görə, restoranın bərpasına Moskva meri Sergey Sobyanin şəxsən özü himayədarlıq edib – bu bir, ikincisi isə, yenilənmiş “Araqvidə Lavrenti Beriyanın istirahət etdiyi otaq yenidən yaradılıb.
Dərc edilib: 26.04.2016