2020-ci il oktyabrın 3-də Qarabağda baş verən hərbi əməliyyatlarla bağlı xəbərlər
-
Ermənistan parlamentinin nümayəndə heyəti spikerin başçılığı ilə təcili Qarabağa yollanıb
Ermənistan və Qarabağın deputatları “Türkiyə-Azərbaycan təcavüzü nəticəsində yaranmış hərbi, siyasi və diplomatik vəziyyətlə” bağlı informasiya mübadiləsi aparıblar – Ermənistan Milli Məclisinin mətbuat xidmətinin məlumatında deyilir.
-
Azərbaycan ordusu üç rayonun 7 kəndini azad edib
Bu gün Azərbaycan ordusu Tərtər rayonunun Talış, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndlərini azad edib.
Bu haqda Twitter-də Azərbaycan prezidenti İlham Əliyev yazıb.
Bu gün #Azərbaycan #Ordusu Tərtər rayon Talış kəndini, Cəbrayıl rayon Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndini azad etmişdir.#Qarabağ #Azərbaycandır!
— İlham Əliyev (@azpresident) October 3, 2020
-
Ermənistanın xüsusi xidmət orqanı hərbi əməliyyatlarda Türkiyə tərəfinin və muzdluların iştirakı haqda material dərc edib
Ermənistanın Milli Təhlükəsizlik Xidməti Azərbaycam tərəfdən döyüşən Yaxın Şərqdən gətirilmiş muzdluların danışığını əks etdirən səs yazısının yer aldığı video yayıb. Audioyazılar erməni, rus və ingilis dilində titrlarla müşayiət olunur. Eyni videoda Ermənistanın xüsusi xidmət orqanlarının əldə etdiyi Türkiyə tərəfinin hərbi əməliyyatlarda iştirakını təsdiqləyən digər faktlar da təqdim olunub.
-
Madagizdə Azərbaycanın dövlət bayrağı qaldırılıb
Azərbaycan prezidenti İlham Əliyev Dağlıq Qarabağın Ağdərə rayonunun Madagiz kəndinin işğaldan tam azad edildiyini bildirib.
“Bugün Azərbaycan ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. Qarabağ Azərbaycandır”, – dövlət başçısı Twitter-də yazıb.
Bu gün #Azərbaycan ordusu #Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. #Qarabağ Azərbaycandır!
— İlham Əliyev (@azpresident) October 3, 2020
-
“Bugün bizim uşaqlarımız hədəfdədir, sabah sizinkilər ola bilər” – Ermənistanın futbol yığmasının kapitanı
“Dünya yenə də Dağlıq Qarabağa qarşı amansız hücumların şahididir, Azərbaycan paytaxt Stepanakerti raket və artilleriya atəşinə tutub.
Dağlıq Qarabağ beynəlxalq terrorçuluğa qarşı döyüşür. Erməni xalqı təhlükə altındadır. Təhlükə qlobal dünyanı və təhlükəsizliyi də təhdid edir. Əgər baş verənlər bugün dayandırılmasa, bu vəziyyət başqa yerlərdə də yarana bilər. Bugün bizim uşaqlarımız hədəfdədir, sabah sizinkilər ola bilər”, – Facebook səhifəsində Ermənistanın futbol yığmasının kapitanı Henri Mxitaryan deyib və Ermənistan ərazilərinin də atəş altında olduğunu qeyd edib.
We continue to witness fierce military fights against #NagornoKarabakh . Azerbaijani military is bombarding capital…
Posted by Henrikh Mkhitaryan on შაბათი, 03 ოქტომბერი, 2020
-
Bakı bu gün. Fotolar
Dağlıq Qarabağda cəbhə xəttində hərbi əməliyyatlara baxmayaraq, Azərbaycanın paytaxtında adi həyat davam edir. Yeganə dəyişiklik – hər yanda Azərbaycan və Türkiyənin dövlət bayraqları dalğalanır.
Foto: Sevgi İsmayılbəyli, JAMnews
-
Düşmən təxribatı nəticəsində Azərbaycanda 19 dinc sakin həlak olub
14 kişi, üç qadın və iki azyaşlı uşaq – Dağlıq Qarabağda cəbhə xəttində gərginliyin eskalasiyası başlayandan Azərbaycan tərəfində 19 dinc sakin həlak olub – ölkənin baş prokuroru Kamran Əliyev deyib.
Daha 63 nəfər yaralanıb – o əlavə edib.
-
İlham Əliyev Dağlıq Qarabağda atəşin dayandırılması üçün şərtləri açıqlayıb
“Al-Jazeera” telekanalına müsahibəsində Azərbaycan prezidenti Dağlıq Qarabağda atəşi dayandırmaq üçün şərtləri açıqlayıb.
“Ermənistana kömək etmək istəyənlər, əgər belə demək mümkündürsə, onun yaxın tərəfdaşları, qoy desinlər ki, onlar əraziləri tərk etsinlər, iradə nümayiş etdirin, atəşi dayandırın. Deyin ki, bu gün, sabah və ya bir həftə sonra Ağdamı tərk edirəm, növbəti dəfə, növbəti həftə Fizulini tərk edəcəm, daha bir həftə sonra Kəlbəcəri və sairə. O zaman biz dayanacağıq. Bu, çox ədalətli mövqedir. Bu, mövqe müharibəyə yox, sülhə yönəlib”, – prezident deyib.
-
Dağlıq Qarabağ XİN beynəlxalq aləmi respublikanın müstəqilliyini tanımağa çağırıb
Qurum öz çağırışını Qarabağ vətəndaşlarının yaşamaq və dinc inkişaf hüquqlarının təmin olunmasının vacibliyi ilə izah edib:
“Yaranməş vəziyyətdə Artsaxın beynəlxalq səviyyədə tanınması sülhün bərpası və regionda təhlükəsizliyin təmin olunması üçün yeganə təsirli mexanizmdir”.
DQ XİN-in bəyanatında həmçinin deyilir ki, 2020-ci il sentyabrın 27-dən Azərbaycan SQ Türkiyənin və Yaxın Şərq ölkələrindən olan terrorçu təşkilatların dəstəyi ilə təcavüzkar müharibəyə başlayıb. Azərbaycanın şenişmiqyaslı silahlı hücumu beynəlxalq humanitar hüquq normalarının ciddi pozulması ilə müşayiət olunur.
“Azərbaycan-Türkiyə silahlı dəstələri məsdədyönlü şəkildə Artsaxın şəhərlərini, kəndlərini və mülki obyektlərini dinc əhalini terror və məhv etmək məqsədilə atəşə tutur. Onların cinayətkar əməlləri nəticədə dinc əhali arasında çox sayda qurban var”.
-
Dağlıq Qarabağın paytaxtı atəşdən sonra necə görünür
Ermənistan vahid informasiya mərkəzi Stepanakertin atəşdən sonra necə göründüyünü əks etdirən video paylaşıb.
Արցախի մայրաքաղաք Ստեփանակերտը հրետակոծությունից հետո
Արցախի մայրաքաղաք Ստեփանակերտը հրետակոծությունից հետոСтолица Арцаха Степанакерт после артобстрелаStepanakert, the capital city of Artsakh after shelling
Posted by Armenian unified infocenter/Հայկական միասնական տեղեկատվական կենտրոն on შაბათი, 03 ოქტომბერი, 2020
-
Qarabağda cəbhədən xəbər: “”ağır döyüşlər gedir
Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Facebook səhifəsində bildirib:
“Artsaxın müdafiə ordusu düşmənin bu gün başlayan genişmiqyaslı hücumunun qarşısını ala bilib. İstiqamətlərdən birində bizim qüvvələrimiz əks-hüquma keçib. Qalah hissələrdə ağır müdafiə döyüşləri gedir”.
-
«Azərbaycan SQ-nin əməlləri ekoloji fəlakətə səbəb ola bilər» - hərbi ekspert
Azərbaycan SQ uzaq məsafəli raketlərin köməyi ilə dağılması ekoloji fəlakətə səbəb ola biləcək mülki infrastrukturu atəşə tutmağa başlayıb – hərbi ekspert Artsrun Hovannisyan Facebook-da yazıb.
Oktyabrın 3-də səhər məlum olub ki, Azərbaycan Stepanakerti raket atəşinə tutub.
“Bakı müharibənin bütün yazılmış və yazılmamış qanunlarını pozur. Düşmən indi bütün arsenalından istifadə edir – raketlər, aviasiya, artilleriya. Praktiki olaraq bütün perimetr üzrə gərgin döyüşlər gedir”, – Qarabağ Müdafiə Ordusunun nümayəndəsi Suren Sarumyan bildirib.
-
ATƏT-in Minsk Qrupu həmsədrləri həlak olan hərbçilərin meyitlərinin döyüş meydanından çıxarılması üçün humanitar atəşkəs elan etməyə çağırıb
Minsk Qrupunun həmsədrləri vurğulayırlar ki, eskalasiyada xarici tərəflərin iştirakı regionda sülhə nail olmağa mane olur. Onlar “hərbi əməliyyatları dərhal dayandırmağa, xoş niyyətlə və ön şərtsiz danışıqların bərpa olunmasına” çağırıblar.
Bəyanatda həmçinin deyilir:
“Həmsədrlər Qarabağ münaqişə zonasında zorakılığın, o cümlədən də təmas xəttindən uzaqda Ermənistan və Azərbaycan ərazisində mülki obyektlərə qarşı hücumların davam etməsini qəti şəkildə qınayır və dinc əhali arasında qurbanların sayının arması ilə bağlı məlubatlardan narahatlığını ifadə edir. Mülki vətəndaşlara qarşı hücumlar və ya təhdidlər heç bir halda qəbuledilməzdir”.
-
Gecə ərzində cəbhənin müxtəlif istiqamətlərində düşmənin döyüş fəallığının qarşısı alınıb – Azərbaycan Müdafiə Nazirliyi
Cəbhədə vəziyyət gərgin olaraq qalır. Gecə boyu cəbhənin müxtəlif istiqamətlərində düşmənin döyüş fəallığının qarşısı alınıb və sarsıdıcı zərbə endirilib – Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin məlumatında deyilir.
“Bütün cəbhə boyu gərgin döyüşlər davam edir”, – Müdafiə Nazirliyi qeyd edib.
-
Qarabağ prezidenti cəbhəyə yollanıb
Araik Harutunyan bildirib ki, vətənin müdafiəsi üçün qoşunlarla birlikdə ön cəbhəyə gedir:
“Ön cəbhədə arxa cəbhədən daha faydalı olacağam. Bu, müqəddəs müharibədir”.
O, hamını dərhal vətənin müdafiəsinə qalxmağa çağırıb.
-
Fransa prezidenti Emmanuel Makron Azərbaycan prezidenti İlham Əliyevə zəng edib
Telefon danışığı zamanı Fransa lideri Dağlıq Qarabağda cəbhə xəttindədöyüşlərin davam etməsi ilə bağlı narahatlığını ifadə edib, atəşkəsə və tezliklə danışıqlar prosesinin bərpasına çağırıb.
Cavabında Əliyev bildirib ki, Azərbaycanın yaşayış məntəqələri raket atəşinə tutulur, nəticədə 19 nəfər dinc sakin həlak olub, 60-dan çox yaralı var, yüzlərlə ev dağılıb.
Azərbaycan ordusu əks-hücum həyata keçirir və özünün beynəlxalq səviyyədə tanınan ərazilərinin bir hissəsini işğaldan azad edib – İlham Əliyev deyib. O həmçinin qeyd edib ki, danışıqlar prosesini pozmaqla Ermənistan münaqişənin sülh yolu ilə həlli prosesinə böyük zərbə vurub. Əliyev qoşunların təmas xəttində gərginliyin eskalasiyasına görə bütün məsuliyyəti Ermənistan tərəfinin üzərinə qoyub.
-
3 oktyabr səhər hadisələrin qısa icmalı
Qarabağda hərbi əməliyyatların yeddinci günü başlayıb.
• Ermənistan tərəfində həlak olan hərbçilərin sayı 107 nəfərə çatıb. Azərbaycan tərəfdən həlak olan hərbçilərin sayı haqda məlumat verilmir. Yeganə məlumat “Xəzər” Tədqiqat Mərkəzinin sentyabrın 27-də dərc etdiyi həlak olan 11 nəfər hərbçinin siyahısıdır. Ekspertlər artıq yeddinci gündür davam edən döyüşlərin intensivliyini nəzərə alaraq güman edirlər ki, çox sayda hərbçi həlak olub.
• Hər iki tərəfdə onlarla dinc sakin həlak olub.
• Azərbaycan bildirib ki, ordusu Qarabağda Madagiz kəndini nəzarət altına alıb.
• Azəfrbaycan silahlı qüvvələri oktyabrın 2-də bütün gün ərzində Qarabağın paytaxtı Stepanakerti güclü raket atəşinə tutub. Çox sayda bina zədələnib, yerli sakinlər arasında onlarla yaralı var (oktyabrın 2-ə olan live-da Stepanakertdən fotoreportaj var)
• Ermənistan Qarabağa girişə məhdudiyyət qoyub – ancaq humanitar yardım daşınmasına icazə var.
• Hər iki ölkə hakimiyyəti yenidən bəyan ediblər ki, hərbi əməliyyatlara görə bütün məsuliyyəti bir-virinin üzərinə qoyurlar.
• Hər iki tərəf bir-birini xarici muzdlu döyüşçülərdən istifadə etməkdə günahlandırır və hər biri öz tərəfində əcnəbi hərbçilərin döyüşdüyünü inkar edir.
• Beynəlxalq media Azərbaycana Türkiyə və Suriyadan döyüşçülərin cəlb olunduğu haqda məlumat yayıb. Bu haqda Fransa prezidenti də bəyan edib.
• Ermənistanın baş naziri və Rusiya prezidenti arasında telefon danışığı baş tutub, əsas mövzulardan biri “münaqişədə Yaxın Şərqdən əcnəbi döyüşçülərin iştirakı olub”.
• Türkiyə prezidenti yenidən Azərbaycana tam dəstək ifadə edib və deyib ki, “mübarizə Qarabağ işğaldan azad olana qədər davam edəcək”.
• Azərbaycan Fransanı ATƏT-in Minsk Qrupundan çıxarılmasını tələb edib. Minsk Qrupu Qarabağ münaqişəsində danışıqlar prosesində əsas vasitəçidir, əsas üzvləri Rusiya, Fransa və ABŞ-dır. Qrupa həmçinin Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə və Azərbaycanla Ermənistan daxildir.
-
2020-ci il oktyabrın 2-də Qarabağda baş verən hərbi əməliyyatlarla bağlı xəbərlər, reportajlar, foto/video