Nə toy, nə yas nə də kinoteatr. Gürcüstanda pandemiya ilə mübarizə tədbirləri sərtləşdirilib
Koronovirusun yayılma riskinin yüksək olması ilə əlaqədar Gürcüstanda pandemiya ilə mübarizə tədbirləri sərtləşdirilib. Hökumət aparatının rəhbəri Natiya Mezvrişvili bu gün keçirilən brifinqdə bildirib ki, bu cür qərarın veriləməsinə səbəb çətin çətin epidimioloji vəziyyətdir.
O cümlədən:
● Sentyabrın 10-dan qapalı məkanlarda bütün sosial tədbirlərin (toylar, yaslar, yubileylər) keçirilməsi qadağan edilir. İndiyədək qapalı məkanda 10 nəfərdən artıq insanın toplanması qadağan edilirdi.
● Həmçinin açıq havada olan tədbirlərə də sərtləşdirmə var – açıq havada olan tədbirlərdə 200-dən artıq insan iştirak edə bilməz. Bu məhdudiyyət seçkiqabağı dövrə planlaşdırılmış tədbirlərə aid edilmir.
Kinoteatr və teatrların açılışı 1 noyabra qədər təxirə salınıb. Koronavirus pandemiyasının qarşısını almaq üçün qoyulan məhdudiyyətlərin aradan qaldırılması planına görə kinoteatrlar 15 sentyabrdan, teatrlar isə 1 oktyabrdan açılmalı idi.
● Uşaq əyləncə mərkəzlərinin açılışı da 1 noyabra qədər təxirə salınıb.
● Məktəblərdə təntənəli tədbirlərin keçirilməsi qadağan olunur.
● Maska taxılmasına nəzarət sərtləşdirilir, o cümlədənictimai nəqliyyat, liftlər və qapalı məkanlarda keçirilən tədbirlərdə.
● Bundan əlavə, koronavirusa yoluxmuş, xroniki xəstəliyi, simptomlar aşkarlanmayan 18 yaşdan 65 yaşa qədər pasientlər müalicəni tibb müəssisələrində deyil, mehmanxanalarda alacaqlar.
Covid-19-a yoluxmuş insanların müalicəsi bu gündən, mehmanxanadan karantin zonasına çevirilmiş Tbilisi, Batumi və Kutaisi mehmanxalarında başlanılıb.
Yüngül simptomlu xəstələrin Batumi xəstəxanasından mehmanxanaya köçürülməsinə başlanılıb.
Artıq bir neçə gündür Gürcüstanda hər gün 40-dan çox koronavirusa yoluxan aşkarlanır.
Sentyabrın 9-da Gürcüstanda sutka ərzində 44 yeni yoluxma faktı aşkarlanıb. O vaxta qədər ölkədə 1773 xəstəlik faktı aşkarlanıb, onlardan 1325 nəfəri sağalıb 19 nəfəri isə həyatını itirib.