Navalnıya qarşı sui-qəsd: şübhəli təsadüflər
Rusiyalı siyasətçi Aleksey Navalnının vəziyyəti ağır olaraq qalır, amma həyatı üçün bilavasitə təhlükə yoxdur. Hərçənd zəhərlənmənin ciddiliyinə görə pasiyentin vəziyyətindəki uzunmüddətli nəticələri dəyərləndirmək hələ çox tezdir – rusiyalı müxalifətçinin hazırda müalicə olunduğu Berlinin “Şarite” klinikasının press-relizində deyilir. Navalnı hələ də süni koma vəziyyətindədir.
Rusiya müxalifətinin lideri avqustun 22-də təyyarədə özünü pis hiss edib və huşunu itirib. Bundan sonra təyyarə Omskda təcili eniş edib və o, yerli xəstəxanaya çatdırılıb, iki sutkadan sonra isə Berlinin “Şarite” klinikasına aparılıb.
Almaniya həkimlərinin gəldikləri nəticələr
Berlində müayinələr başlayandan bir sutka sonra həkimlər bildiriblər ki, Aleksey Navalnı zəhərlənib.
Zəhərləyici maddə kimi üzvi fosfatdan istifadə olunub.
Bu maddədən kənd təsərrüfatı gübrələrinin, dərmanların və hərbi zəhərləyici maddələrin tərkibində istfadə olunur.
Amma gübrədən və ya dərmandan zəhər kimi istifadə etmək üçün onlardan çox böyük həcmdə olmalıdır. Bunu eləmək mümkün deyil. Hərbi zəhərləyici maddə nümunəsində isə bir neçə milliqram yetərlidir.
• Artıq Putin Rusiyada daimidir, ruslar isə federasiyanın əsas xalqıdır. Konstitusiya dəyişdirilib
Üç hərbi maddə – zarin, VX və “Noviçok” şübhə altındadır. Böyük Britaniyada keçmiş rusiyalı kəşfiyyatçı Sergey Skripala qarşı sui-qəsd zamanı rusiyalı casuslar sonuncudan istifadə etmişdi.
Hərbi zahərləyici maddələrin istehsalı və saxlanması kimyəvi silahların qadağan edilməsi haqda Beynəlxalq Konvensiya ilə qadağandır.
Almaniyalı tibb mütəxəssislərinin bundan sonrakı tədqiqatları Aleksey Navalnının zəhərləndiyi konkret maddənin müəyyən edilməsinə istiqamətlənib.
Navalnının vəziyyəti ağırdır. Həkimlər zəhərlənməni təsdiqləməyib
Şübhəli təsadüfşlər
Avropanın üç nəşri — “The Insider”, “Der Spiegel” və “Bellingcat” eyni zamanda müəyyən edib ki, Navalnının müalicəsi ilə məşğul olan “Şarite” klinikasının almaniyalı həkimləri 2015-ci ildə Bolqarıstanda zəhərlənən biznesmen Yemelyan Qebryovu müalicə edən bolqarıstanlı həkimlərlə əlaqə saxlayıblar.
Qebryov Ukraynaya silah təchizatı ilə məşğul olurdu.
Mütəxəssislər güman edirlər ki, Navalnı Qebryovun zəhərləndiyi üzvi fosfatlar sinfindən olan eyni maddə ilə zəhərlənib.
“Almaniya dalğası”nın informasiyasına görə tibb mütəxəssisləri Navalnının zəhərləndiyi maddənin müəyyən edilməsi üçün Almaniya Silahlı Qüvvələrindən də kömək istəyiblər.
Ekspert rəyi
Almaniyalı kimyaçı Mark Mixael Blum Kimyəvi Silahların Qadağan Edilməsi üzrə Beynəlxalq Təşkilatın nümayəndəsi kimi Skripala qarşı sui-qəsdin araşdırılmasında iştirak edib. “Der Spiegel” nəşrinə müsahibəsində o deyib:
— Navalnının zəhərləndiyi maddənin tapılmaması ehtimalı mövcuddur, amma böyük deyil.
— Mən rusların niyə adlarının qadağan edilmiş maddələrlə bağlı hallanmasını istədikləri haqda sual ətrafında düşünərdim. Onlar bu qədər axmaqdırlar? Qəddarca səslənsə də, qətlin daha effektiv vasitələri var.
— Bəzi üzvi fosfatlar beyində qıcolmalar doğurur. Bu, böyük problem ola bilər, amma hansı terapiyanın tətbiq edilməli olduğu məlumdur.
Rusiyanın reaksiyası
Aleksey Navalnının zəhərlənməsi faktı üzrə cinayət işi qaldırılmayıb. Hakimiyyət bunu zəhər kimi istifadə olunan konkret maddənin müəyyən ediməməsi ilə izah edir.
Rusiyanın Baş Prokurorluğu Almaniyadan Navalnının müayinəsinin nəticələrini istəyib.
Rusiya Sergey Skripala qarşı sui-qəsd zamanı da özünü analoji şəkildə aparmışdı və istintaqa cəlb olunmasını tələb etmişdi.
Dünyanın reaksiyası
Aleksey Navalnıya qarşı sui-qəsdin hərtərəfli və açıq istintaqını tələb ediblər: Almaniya, Fransa, Böyük Britaniya, ABŞ, Kanada və digərləri.
BMT də eyni tələblə çıxış edib.
Kansler Merkelin bəyanatında bu ifadə yer alıb: “Analoji şübhəli halların uzun tarixini nəzərə alaraq…”
Analoji şübhəli hallar bunlardır:
— “Noviçok”dan istifadə edərək Sergey Skripala qarşı sui-qəsd
— Radioaktiv maddədən istifadə etməklə rusiyalı siyasi mühacir Aleksandr Litvinenkonun Londonda qətlə yetirilməsi. (Böyük Britanıyanın bu qətlin təşkilatçısı hesab etdiyi Rusiya xüsusi xidmət orqanlarının əməkdaşı Andrey Luqovoy indi parlament deputatıdır. O, Navalnıya qarşı sui-qəsd hadisəsini araşdırmalı olan komissiyanın tərkibinə daxil edilib).
— Krımın ilhaqına rəhbərlik edən və potensial şahid ola biləcək üç rusiyalı generalın qəfil ölümü.
— Ümumdünya Dopinqlərə Qarşı Agentliyin Rusiya idmanında dopinqin tətbiq edilməsi üzrə əsas informatoru Rodçenkovun iki müavininin qəfil ölümü.