Qara pişik
Türkiyə yük gəmisi iş başında, Suxum sahilində çəkiilib
Abxaziyada Moskva ilə Ankara arasında Türkiyə Suriya sərhəddində vurulan rus qırıcı təyyarəsinə görə qızışan konfliktə tamaşa edib, nə edəcəklərini bilmirlər. Moskva yeganə strateji dost və sosial-iqtisadi yardımdan tutmuş hərbi yardıma qədər hər cür dəstək verən ortaqdır. Türkiyə bütün dünyada olan abxazların 80 faizini təşkil edən abxazların yaşadığı ölkədir. Türkiyədəki abxazların sayı təxminən 500 min nəfərdir; orada diaspora 150 il bundan qabaq Qafqaz müharibəsi nəticəsində yaranmışdır.
Təxmin edilir ki, məhz buna görə Ankara gürcü-abxaz müharibəsi bitən zamandan Abxaziyaya qarşı yumşaq siyasət aparır. Türkiyə Abxaziyanın müstəqilliyini tanımayıb; lakin ticari münasibətlərinə və Suxumun türk diasporasıyla rəsmi əlaqələrinə nəinki əngəl olmur, hətta əməkdaşlığı vaxtaşırı sakitcə həvəsləndirir də.
Yeltsinin Rusiyası ilə münasibətlərin demək olar ki, sıfıra bərabər olduğu və Moskvanın Abxaziyanı sərr blokadada saxladığı 90-cı illərdə yalnız Türkiyə ilə ticarət Abxaziya iqtisadiyyatına azdan-çoxdan dəstək idi. Həmin dövürdə Abxaziyanın bütün xarici ticarətinin 90 faizi Türkiyənin payına düşürdü. Hətta, 2000-ci ildə Kremldə Yeltsinin əvəzinə hakimiyyətə Vladimir Putinin gəlməsi və Rusiyanın Abxaziyaya qarşı münasibətləri köklü şəkildə dəyişməsindən sonra, Türkiyə ilə əməkdaşlıq (ən azından ticari-iqtisadi əməkdaşlıq) abxaz iqtisadiyyatının vacib seqmenti olaraq qalır. Hal-hazırda ölkənin xarici ticari dövriyyəsinin 20 faizi Türkiyyənin üzərinə düşür.
Rusiyanın Türkiyəyə qarşı yeritdiyi sanksiyalar indi Abxaziya və Türkiyə iqtisadi münasibətlərinə təsir göstərir. Moskva və Ankara arasından “qaçan pişiyin Abxaziyaya heç bir təsir göstərməyəcəyi kimi davranmaq alınmayacaq. Rusiyanın yeganə strateji müttəfiqi olan Abxaziya Moskvanın tərəfində çıxış etməyə məcbur olacaq.
Dəyişiklik olmasa sanksiyalar, əlbəttə ki, eyni zamanda bir neçə mövqeyə təsir göstərəcək.
Ən ağır zərbə balıqçılıq və kömür mədən sənayesinə dəyəcək. Abxaziyanın iqtisadi sularındakı bütün balıq türk qayıqları vasitəsilə tutulurdu. Elə Abxaziyada da son bir neçə il ərzində tikilmiş dörd zavodda həmin balıq istehsal olunduqdan sonra, balıq unu şəklində hazır mal Türkiyəyə göndərilirdi. Nəzərə alsaq ki, mövsüm dekabrda başlayır, türk qayıqlarını operativ şəkildə əvəzləmək mümkün olmayacaq.
Kömür mədəni ilə bağlı vəziyyət daha acınacaqlı şəkildədir. On ildən artıqdır Tkvarçeli kömürünün istehsalı ilə məşğul olan türk şirkəti “Tamsaş Abxaziyanın çökməkdə olan rayonu Tkvarçelinin büdcə təşkil edən bir müəssisədir. Kömür istehsalının dayandırılması bu rayonu gəlirsiz buraxacaq və Tkvarçelidən əhalinin axınını daha da artıracaq.
Vəziyyət dəyişilməsə xırda-xuruş türk mallarının satışı ilə məşğul olan kiçik və orta bizneslərin müflisi gğzlənilir. Yeni oyun qaydalarından bazarda lider olan, Türkiyədən tikinti materiallarının ölkəyə gətirilməsi ilə məşğul olan şirkətlər zərər görəcək.
‘Tamsaş’ türk kömür şirkətin Tkvarçaldakı ofisi
Bu “medalın yalnız bir müsbət üzü var: turizm sənayesi baş verənlərə ümidlə baxır. Beş milyon rus turistinin Türkiyədə istirahət üçün yolu bağlanıb (Misir də qadağan olunub), və çox böyük güman ki, həmin beş milyon turist Abxaziyaya nəzər salacaq. Hətta onlar Krasnodar vilayətinin kurortlarını tərcih etsələr belə, Ritsa çayına və Novy Afon mağarasına ənənəvi ekskursiyalarsız keçinə bilməyəcəklər.
Bundan əlavə, Abxaziyanın kənd təsərrüfatı malları istehsalçıları bəlkə rahat nəfəs alarlar; Avropa məhsullarına qarşı yeridilmiş sanksiyaların nəticəsi olaraq bir ildən artıq ki həyata keçirilən Rusiyanın idxalın əvəzolunması proqramı sayəsində onlar artıq udublar.
Proses artıq başlayıb, və əvvəlki vəziyyətə dönüş yalnız Moskva və Ankaranın barışıq imkanları tapdığı təqdirdə mümkün ola bilər.