Moskva: azərbaycanlılarla ermənilər arasında dava - niyə? Video və foto
Ötən gecə Moskvada yoldan ötənlərə və sürücülərə bir neçə hücum hadisəsi baş verib. Polisin məlumatına əsasən, 25 nəfər saxlanılıb.
Sosial şəbəkələrdə bildirilir ki, hücum edənlər Azərbaycan əsillilər, onların qurbanları isə erməni diasporasının nümayəndələridir.
Ehtimal olunan səbəb Azərbaycan və Ermənistan arasında münasibətlərin gərginləşməsidir.
Bu cür insidentlər bu yaxınlarda ABŞ-da və digər ölkələrdə də qeydə alınıb. Bu videoda Los-Ancelesdə iyulun 21-də baş verən dava əks olunub.
Rusiya Erməniləri Birliyinin üzvü David Tonoyan Facebook səhifəsində bildirib ki, azərbaycanlılar onun tanışını bıcaqla vurub.
“Maryino, Bratislavskaya və Lyublino rayonları OMON və Dövlət Qvardiyası tərəfindən mühasirəyə alınıb. Artıq saxlanılanlar var”, – Tonoyan yazıb.
• Ermənistan-Azərbaycan sərhədində kim və niyə gərginliyə təkan verib? Bu, Rusiya ola bilərmi?
• Gürcüstan vasitəsilə Serbiyadan Ermənistana silah təchizatı haqda – olub, ya yox?
• Bayraqlar, şüarlar və meyvələr: xaricdə erməli-azərbaycanlı münaqişəsinə nə səbəb olur?
Sosial şəbəkələrdə geniş yayılan bir videoda bir neçə nəfərlik qrup sahibi erməni əsilli olduğu deyilən bir avtomobilə hücum edir.
Moskva polisi 25 nəfərin saxlandığına israr edir və bu hadisələrin Azərbaycan və Ermənistan arasındakı münasibətlərin gərginləşməsi ilə nə dərəcədə bağlı olduğunu heç cür şərh etmir.