Pul olacaq
Rusiya Abxaziyanın 2016-cı ilin dövlət büdcəsinə maliyyə yardımı məqsədiylə 7.9 milyon dollar rubl (təxmini 123 mln dollar) yardım etməyi nəzərdə tutub. Sənədlərdə bu məbləğ keçən ilki ilə müqayisədə iki dəfə çox olsa da,reallıqda heç bir artım nəzərə çarpmır.
Məsələ burasındadır ki, 2015-ci ildə 3.7 milyard rubl ($58 mln) məbləğində nəzərdə tutulan Rusiyanın maliyyə yardımından Abxaziya cəmi 179 milyon rubl ($2,5 mln) əldə edə bildi.
Məsələnin detalalarından xəbərdar olan qeyri-rəsmi mənbələr bunun səbəbini Abxaziya hökmətinin maliyyəyə ehtiyacı olan sahələrin ehtiyaclarını düzgün əsaslandıra bilməməsi və Rusiya tərəfinin də buna müvafiq olaraq əvvəlcədən qərarlaşdırılmış məbləği keçirə bilməməsi ilə izah edirlər.
Abxaziyanın Maliyyə naziri isə deyilənlərlə razılaşmır. O bildirir ki, “2015- ci ilin investisiya proqramında istər yol, istərsə də xəstəxana ya da məktəb üçün olsun, hər bir rublun hesabatı verilmişdir.
Abxaziyanın maliyyə naziri Amra Kvarandziya
Rusiyanın maliyyə yardımının hamısını ala bilməyən Abxaziya höküməti pul tapmaq üçün öz mövcud imkanlarından istifadə etməyə çalışmışdır. Daha effektiv idarəetmə nəticəsində bu il büdcəyə 500 milyon rubl əlavə pul daxil olmuşdur. Məhz bu əlavə pula görə aylıq əmək haqqı artan məmurların pullarını tam şəkildə ödəmək mümkün olmuşdur.
Abxaziyalı məmurlar günahı özünün və Moskvanın üzərindən atmağa çalışırlar. Abxaziyanın Maliyyə nazirinin köməkçisi Axra Aristava 2015-ci ildə Rusiya yardımının yarısının ölkəyə daxil olmamasını Rusiyanın özündə yaranmış qeyri-stabil iqtisadi vəziyyət ilə izah edib. O, bildirib ki, Abxaziyada “Rus xalqından gələcək olan hədiyyəni səbrlə gözləyirlər.
Abxaziyanın iqtisadiyyət nazirin müavini Axra Aristava
Abxaziya parlamentinin spikeri Valeriy Bqanbanın sözlərinə görə, maliyyə yardımında gecikmə texniki səbəblərlə bağlıdır.
Müxalifət düşərgəsində tranşların gecikməsini Rusiya və Abxaziya arasında münasibətlərin soyuması ilə izah edirlər. “Yardımın və yeni lahiyələrin gecikməsi, inversorların olmaması – bunların bütün səbəbi Xacimbanın iflasa uğramış Rusiya siyasətidir. Güman ki, o, özü verdiyi heç bir sözü tutmamışdır. Prezident və baş nazir məhz bu müvəffəqiyyətsizliyi öt-basdır etmək üçün Rusiyanın əyalətlərinə səfər edir. Lakin bu səfərlər də nəticəsiz qalıb. Başqa heç bir izahata ehtiyac yoxdur, – “Amçaxara partiyasının lideri Alxas Kvinçiya partiyanın iclasında çıxış edərkən bildirmişdir.
‘Amsaxara’ partiyanın fövqəladə qurultayı, açılış
Hal-hazırda 2015-ci ildə büdcəyə daxil olmayan pulun 2016-ci ildə alınması üçün danışıqlar gedir. Lakin, görünən odur ki, maliyyənin ümümi dəyərini artırmaq bu il də mümkün olmayacaq.
- 2010-cu ildən yaradılan Kompleks yardım proqramı sayəsində Abxaziya xəzinəsinə Rusiya tərəfdən 15 milyard rubl yardım edilmişdir.