Müxalifət TV kanalı öz fəaliyyətini dayandıracaq?
Keçən həftə minlərlə etirazçı Rustavi-2 telekanalına dəstək məqsədi ilə mitinqə çıxmışdı. Etirazçılar hökuməti müstəqil kanalı bağlamağa çalışmaqda və ölkədəki söz azadlığını məhdudlaşdırmaqda günahlandırırlar.
Etirazçıların Rustavi -2 kanalının binası qarşısına gətirdikləri plakatlarda “Əlini Rustavi2-dən çək və “ Rustavi-2 xalqa məxsusdur kimi şuarlar yazılmışdı.
Küçə yürüşləri Tbilisi şəhər məhkəməsinin Rustavi-2 kanalının keçmiş rəhbəri iş adamı Kibar Xalvaşinin iddiasını araşdırmağa başladıqdan sonra təşkil olunmağa başlayıb. Xalvaşini iddia edir ki, 2006-cı ildə kanal ondan qeyri-qanuni yolla alınmışdır. O, kanalın yenidən onun rəhbərliyinə verilməsini tələb edir.
Hal-hazırda işi məhkəmədə olan Rustavi 2 telekanalının tərəfdarları əmindir ki, kanal ətrafında mübahisələr hökümət nümayəndələri tərəfindən yaradılır və məqsəd isə rəhbərliyi dəyişməklə kanalın siyasətində də dəyişiklik etməyə nail olmaqdır.
Yerli və qeyri-hökümət təşkilatları da yuxarıda səslənən iddianı dəstəkləyir. Onların bildirdiyinə görə, məhkəmənin qərəzsizliyi və ümümi gedişatı barədə onlarda çoxlu suallar yaranıb.
“Rustavi-2 kanalının məsələsi sadəcə KİV nöqteyi – nəzərindən qaranlıq deyil, məhkəmə və prokururluğun işi ilə bağlı da çoxlu suallar yaranır, ölkənin nüfüzlu QHT-lərindən olan “Gürcüstan Gənc Hüquqşunaslar Assosiasiyasının rəhbəri Anna Naçvlişvili bildirir.
ABŞ dövlət departamenti də “Rustavi-2 kanalının ətrafında yaranan qalmaqalla bağlı bəyanat yayıb. Dövlət departamentinin rəsmi nümayəndəsi Mark Toner bildirmişdir: “Ölkənin ən böyük telekompaniyasının bağlanmaq təhlükəsi ilə üz-üzə qalması Gürcüstanda media azadlığını məhdudlaşdıracaq ki, bu da narahatlığa əsas verir. Biz media –plüralizmininə təsir edə biləcək istənilən məsələyə olduqca ciddi yanaşırıq. Bizim Gürcüstandakı səfirimiz Yan Kelli, artıq bu məsələni baş nazir ilə müzakirə etmişdir. Mark Toner bildirmişdir.
Rustavi-2 kanalı ətrafında problemlər bu ilin avqust ayında kanalın keçmiş rəhbəri Kibar Xalvaşinin ərizəsi əsasında məhkəmənin kanalın əmlakına həbs qoymasından sonra yaranmışdır. Xalvaşinin ərizəsində 2006-cı ildə Saarkaşvilinin onu biznesini məhv edəcəyi və həbs etidirəcəyi ilə hədələyərək kanaldan imtina etməyə məcbur etdiyi bildirilir.
Ölkə rəsmiləri Kibar Xalvaşi ilə hər hansı bir əlaqələrinin olduğunu inkar etsə də, qeyri-rəsmi olaraq ölkəni hələ də idarə edən keçmiş baş nazir Bidzina İvanişvili öz müsahibələrindən birində Münhendə Xalvaşi ilə görüşdüyünü və kanalı ona geri qaytarmaqda kömək edəcəyi barədə söz verdiyini bildirmişdir.
Kanalın jurnalistləri və rəhbərliyi isə öz növbəsində hökümətin Xalvaşi vasitəsi ilə Rustavi-2-ni ələ keçirməklə parlament seçkiləri ərəfəsində onlara problem yaradan mətbu orqandan xilas olmağa çalışdığını bildirir.
“Bir il sonra seçkilərdir. Hökümətin nüfuzu xeyli zəifləyib, buna görə də bizim efirimizdə səslənən tənqidi fikirlər onları qane etmir. Əgər hökümət kanalı bağlasa bu Gürcüstanda KİV pluralizminə son qoyacaq. – Rustavi-2 kanalının Baş Direktor köməkçisi Zaal Udumaşvili, bildirir.
“Rustavi -2 kanalının ətrafında gedən proseslər 2000-ci ildə Rusiyada НТВ kanalı ilə bağlı yaranan problemlərlə müqayisə edilir. NTV (НТВ) məsələsində də iki tərəf arasında mübahisə yaranmışdı, Udumaşvili bildirir.
Keçən həftə telekanalın baş direktoru Nika Qvaramiya “Rustavi-2 –nin canlı efirində çıxış edərək bildirmişdir ki, hökümət onu kanal rəhbərliyini tərk etmədiyi təqdirdə şəxsi həyatına aid kadrlaın əks olunduğu videoları yaymaqla şantaj edir. Qvaramiyanın bəyanatı əasasında araşdımalar artıq başlanmışdır.
Rustavi-2 kanalı 1994-cü ildə yaradılmışdır. O ölkənin ən nüfüzlu və populyar milli informasiya vasitəsidir.
Sonradan kanalın rəhbərliyində bir neçə dəfə dəyişiklik olmuş, və əsasən kanalın alqı-satqı prosesi ictimaiyyət üçün qeyri-şəffaf olmuşdur. Həmin dövrdə Saarkaşviliyə yaxınlığı ilə seçilən biznesmenlərdən olan Kibar Xalvaşi kanalı 2005-ci ildə satın almışdır. Bununla bərabər Xalvaşinin kanalı qanuni yolla əldə etmədiyi ilə bağlı da versiyalar yaranır. Çünki kanalın keçmiş rəhbərləri Erosi Kiçmarişvili, David Dvali və Dcarci Akimidze dəfələrlə bildirmişdilər ki, Kibarın xeyrinə kanaldan imtina etməyə onları məcbur ediblər.
Kanalın hazırkı rəhbərləri Saakaşviliyə yaxın iş adamları Karamanişvili qardaşlarıdır.
Hazırkı hakim koalisiya “Gürcü arzusu öz bəyanatlarında dəfələrlə Rustavi-2 kanalını “Milli hərəkat ideyalarının carçısı adlandırmışdır.
Telekanalın izləyiciləri məhkəmənin Kibar Xalvaşinin xeyrinə qərar çıxaracağı təqdirdə daimi aksiyalar keçirəcəyi ilə hədələyirlər.
Artıq Rustavi-2 telekanalının binasının ətrafında çadırlar quraşdırılıb. Etirazçıların bildirdiyinə görə, onlar hökümət nümayəndələrinin güc tətbiq etməklə kanala daxil olmalarının qarşısını almağa hazırdırlar.
Hökümət isə öz növbəsində Rustavi-2 kanalı ətrafında yaranan qalmaqalda əli olduğunu qəti şəkildə inkar edir. Gürcüstanın baş naziri İrakli Qaribaşvili Rustavi 2 kanalının tərəfdaşlarına hüquq –mühafizə orqanlarının istənilən qeyri-qanuni hərəkətə qarşı sərt cavab verəcəyini bildirmişdir.
Tamamiylə əks bəyanat Gürcüstan prezidenti Giorgi Margvelaşvilidən gəldi. O, bildirmişdir ki, “ölkədəki sabitlik təhlükə altındadır və məhkəmə vəziyyəti gərginləşdirə biləcək tələsik qərar verməkdən çəkinməlidir.
Maraqlıdır ki, hökümət məlum proseslərlə yanaşı hakimiyyəti qəsb etmə maddəsi ilə bağlı araşdırma aparır ki, bu məsələdə də Rustavi-2 kanalının adı hallanır.
Bildirildiyinə görə, Ukraynanın internet saytlarının birində Mixail Saakaşvili və milli təhlükəsizlik idarəsinin keçmiş katibi Giqa Bokeriya arasında danışığın stenoqraması olduğu iddia edilən mətn yayılıb. Mətndə, güya, onların ölkədə qarışıqlıq yaratmaq istədiyi və bu məqsədlə Rustavi -2 kanalından istifadə edəcəkləri öz əksini tapıb.
Təhlükəsizlik idarəsi artıq bu məsələnin araşdırılması məqsədi ilə prosses başladıb. Bununla yanaşı, Rustavi -2 kanalının yerləşdiyi binaya video-müşahidə sistemləri quraşdırılıb və hüquü mühafizə orqanları bina ətrafında keşik çəkir.