UNESKO İvanişviliyə qarşı
Tbilisi – dünyanın ən qədim tarixi paytaxtlarından biri təhlükə qarşısındadır- bu cümlə mədəni irsin qorunması sahəsində fəaliyyət göstərən 13 nüfüzlu beynəlxalq təşkilatın ölkənin birinci şəxslərinə- prezidentə, baş nazirə, Tbilisi meriyasına, və nazirliklərə ünvanlandığı məktubda deyilir.
YUNESKO-nun məsləhətçilərinin hiddətinə səbəb Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişvilinin investisiya etdiyi və tikintisi başlanılan “Tbilisi Panoraması səbəb olub.
“Tbilisi Panoraması kompleksi köhnə Tbilisinin 4 müxtəlif zonasını (Sololakaski dağətəyi, Sololaki bağı, Azadlıq meydanı və İrakli II meydanı) özündə kanat yolu və liftlərlə birləşdirən kompleksdən ibarət olacaq. Plana görə kompleksdə müxtəlif biznes, idman kompleksləri, ticarət obyektləri, 7 ulduzlu otellər və digər turistik infrastruktura yerləşəcək.
“Panorama Tbilisi-nin kompyuter modeli aşağıdakı kimdir.
Mütəxəssizlər bildirir ki, Tbilisinin ensiz küçələrinin və iki üç mərtəbədən çox olmayan binaların yerləşdiyi tarixi hissəsində bu cür tikinti işinin aparılması şəhərin ümümi mənzərəsinə ziyan vuracaq.
2007-ci ildən Tbilisi YUNESKO dünya inciləri sırasına daxil olmağa namizəd şəhərdir. Bu isə ərazinin qorunmasının vacibliyini vurğulayır. Beynəlxalq təşkilatlar eyni məzmunlu müraciəti YUNESKO da yollayıb.
Tbilisi tarixinin ən bahalı lahiyəsinin ilkin büdcəsi yarım milliard dollardan çoxdur. Lahiyə “İnvestisiya Fondu tərəfindən həyata keçirilir. “İnvestisiya Fondunun rəsmi səifəsi İvanişvili tərəfindən 2013-cü ildə yaradılıb.
Fondun əsasə məqsədi “Panaroma Tbilisini Cənubi Qafqazın ən böyük mərkəzinə çevirmək və Tbilisinin vizit kartı etməkdir. “Bu ahiyə Tbilisini Cənubi Qafqazın mərkəzinə çevirəcək, Fondun İcraçı direktoru, Georgi Baçiaşvili deyir.
Lahiyənin təşəbbüskarı miliarder Bidzina İvanişvili isə “Panarama Tbilisi ni ukinal və xüsusi lahiyə hesab edir. Onun sözlərinə görə “əgər bu lahiyənin rentabelliyi və mənim ideyam olmasaydı biznesmenlər bu lahiyəyə investisiya yatımazdılar.
Gürcü milyarder layihəyə öz şəxsi vəsaitərindən də sərf edəcək.
“Məsələnin maliyyə tərəfi bir az risklidir, ilkin riskləri mən öz üzərimə götürmüşəm. Əgər layihə özünü doğrultsa və rentabelli olsa, istənilən şəxs hər hansı bir obyekti öz maya dəyərinə əldə edə biləcək. Mən bunu Tbilisini reqionun mərkəzinə çevirmək və turist axınını çoxaltmaq üçün edirəm, İvanişvili deyir.
O əmindir ki, “Panorama Tbilisi-nin əleyhinə olan etiraz dalğasının arxasında “Milli hərəkat təşkilatı dayanır.
Artıq neçənci aydır ki, Tbilisi sakinləri, ətraf mühafizə təşkilatları nümayəndələri, qeyri- hökümət təşkilatı nümayəndələri lahiyənin əleyhinə daimi aksiyalar keçirir. Bu aksiyalar müntəzəm olaraq İvanişvilinin evinin qarşısında olur.
Sosial şəbəkələrdə ahiyənin əleyhinə petisiyanı 5 min nəfərdən çox adam imzalayıb.
“ Əgər İvanişvili həqiqətən də Tbilisinin inkişafına öz töhvəsini vermək istəyirsə, Panoramanı şəhərin tarixi mərkəzindən Tbilisinin kənarına aparsın, imzatoplayanlar bəyan edir.
Urbanistlər hesab edir ki, bu lahiyə Tbilisinin tarixi görkəminə xələl gətirəcək və onu turistlər üçün maraqsız edəcək. Təbiət mühafizəçiləri düşünür ki, Sololak dağətəyi zonasında ağacların kəsilməsi və avtomobil yollarındakı nəqliyyat sıxlığı şəhərin ekalogiyasını korlayacaq.
Layihənin müəllifləri bildirir ki, “Panorama Tbilisi çərçivəsində 1800 maşının saxlanıla biləcəyi yeraltı dayanacaq tikiləcək, lahiyənin tikintisində 6 min insan çalışacaq və lahiyə bitdikdən sonra 6 min insan daimi iş yeri ilə təmin olunacaq.
YUNOSKO-nun məsləhətçilər. inin tövsiyyələri Gürcüstan höküməti tərəfindən nəzərə alınmayıb. İqtisadiyyat Nazirliyinin bildiridiyinə görə məktubda lahiyənin hansı səbəbə dayandırılmalı olduğu barədə konkret səbəblər göstərilməyib.
Əhalinin narazılıqlarına baxmayaraq, lahiyənin tikintisinə artıq başlanılıb. Tikinti işlərinin yekunlaşması bir il sonraya nəzərdə tutulub.
Qeyri-hökümət təşkilatları və aktivistlər etiraz aksiyalarına yenidən başlamağı planlaşdırır. Onların bildirdiyinə görə “Panorama Tbilisi şəhərin YUNESKO-nun mədəniyyət inciləri sırasına daxil edilməsinə mane olacaq.
“Bu hakimiyyət tarixə şəhərin YUNESKO-nun mədəniyyət incisi sırasına daxil olmasına maneə törədən ilk hökümət kimi düşəcək. Əgər Tbilisi YUNESKO-nun siyahısına salınsa bu şəhərin maliyələşməsinə də kömək edəcək.- kulturoloq Çira Elisaşvili bildirir.
• Avqusta “Panorama- Tbilisi əleyhinə olan aksiyalarda 10 aktivist saxlanılıb. Onların saxlanılma səbəbi aksiyadakı plakatlarda keçmiş baş nazirin həmçinin “Panorama Tbilisinin lahiyə rəhbərinin ünvanına təhqiredici ifadələr işlədilməsi olub.
• “Tikinti işlərinin başlanılması üçün Sakrebulo Sololaki bölgəsinin rekrasyon statusunu ləğv edib.
• Kompleksin tikinti işlərinin aparıldığı ərazinin bir hissəsi Bidzina İvanişviliyə məxsusdur. “İnvestisiya Fondu bu əraziləri keçmiş baş nazirdən pul ilə alıb.