Nəyə görə Misirdə istirahət etməyə dəyər və tur seçimində necə yanılmamalı
Nəyə görə Misir? Bu ölkəqumu, ehramları və dənizindən başqa daha nəyi ilə qəlbləri fəth edə bilər?
JAMnews Gürcüstanın “İnterko Travel” turizm şirkəti ilə birgə aydınlaşdırmağa çalışacaq ki, Misirə səhayət haqqında nələri bilmək, turu neçə seçmək və səfər putyovkasını necə əldə etmək lazımdır və s.
__________________
Putyovka almaq nəyə lazımdır? Müstəqil şəkildə bilet və mehmanxana bron edə bilmərəm?
Putyovka həyatınızı nəzərə çarpacaq dərəcədə yüngülləşdirəcək.
Birincisi, bu, komfort və zamanla gücünüzə qənaətdir. Sənin əvəzinə başqa kimsə logistika məsələlərini həll edəcək.
İkincisi, etimad məsələsidir. Nüfuzlu və təcrübəli şirkətlərin turizm məkanlarında öz tərəfdaşları var, buna görə də, yolandığınız yerə çatanda mehmanxana əvəzinə hardasa bir səhraya düşəcəyinizin ehtimalı daha azdır.
Ən vacibi isə qiymətdir. Öz nüfuzunu qorumağa çalışan ciddi turizm şirkətinə müraciət etsəniz, turist paketi sizə ucuz başa gələcək. Bunun səbəbi odur ki, ciddi turizm agentliklərinin hər zaman baha olmayan servis təklif edən tərəfdaş aviaşirkətləri və otelləri olur.
Vaxt, pul tapıb putovka almaq qərarına gəldim. Niyə məhz Misir?
Qısaca cavab versək, Misirə yollanmaq asan və ucuzdur, istirahıt isə komfortludur.
İndi isə daha ətraflı. Biz Misirin dəniz kurortlarının tam dəyərli istirahət üçün layiqli seçim olmasına beş səbəb göstərəcəyik:
1) Tblisidən Misirə həftədə iki müntəzəm aviareys var. Birbaşa üç saat uçuş və siz heç bir əlavə əziyyət çəkmədən artıq yollandığınız yerdəsiniz;
2) Misirdə hava həmişə yaxşıdır. Gürcüstan kurortlarında heç olmasa bircə dəfə istirahət etmiş istənilən adam bunun necə vacib olduğunu gözəl anlayır. Misirdə keçirilən hər bir gün günəşli olacaq;
3) Qırmızı dənizin bonuslarını əlavə qeyd etməyə ehtiyac var – bunlar ilk növbədə quru iqlim, yodla zəngin hava və sudur. Eyni zamanda, planetin ən mənzərəli sualtı dünyalarından biri buradadır: mərcan rifləri, balıqlar və s. – dayverlər üçün əsl cənnətdir;
4) Misirin daha bir özünəməxsusluğu istənilən zövqə uyöun kurortların əlyetərliliyidir. Burada lüks otellərdə dincəlmək, ailəvi şəkildə və ya dostlarla birlikdə daha ucuz otel otaqları almaq mümkündür və bununla birlikdə, uyğun qiymətə və yaxşı servilə unudulmaz vaxt keçirmək olar. Sözün qısası, siz Misirə öz tələbatınıza və büdcənizə uyğun şəkildə yollana bilərsiniz;
5) daha bir səbəb – Misir yalnız dəniz, günəş və qum demək deyil (halbuki, zəhlətökən soyuq qışdan sonra bundan da heç kim imtina etməz). Misirdə unikal tarixi görməli yerlər, ekzotik səhra, tamamilə özünəməxsus mədəniyyət mövcuddur. Dəniz kurortlarının yaxınlığında, cəmi bir neçə saatlıq yolda maraqlı yerlər az deyil.
İnandırdınız. Misirə getməyə qərar verdim. İndi nə edim?
İlk növbədə, etibarlı vəı vicdanlı turizm şirkəti ilə əlaqə yaradıb, onun hanı paketləri təklif etdiyini aydınlaşdırmaq lazımdır.
O ki qaldı biletlərə, Gürcüstandan Misirə yollanmaq asandır. Həftədə iki dəfə təyyarələr Şarm əl Şeyxə uçur, yayda isə Xurqadaya qədər bir reys də əlavə olunur.
Bəzən turizm şirkətinə gedib çatmağa da vaxt olmur. Onlayn-servis var?
Var. Siz “İnterko Travel”in Goegypt.ge onlayn platformasından istifadə edərək, evdən, yaxud da iş yerindən çıxmadan tur ala bilərsiniz.
Lakin əgər mehmanxana seçimi və i.a. üzrə əlavə məsləhət lazım olsa, sizə “Saqzuri” turizm şirkəti kömək edə bilər. Elə buradaca krediti rəsmiləşdirmək mümkündür.
“İnterko Travel” Gürcüstanda 1991-ci ildən işləyir və hazırda bir neçə şirkəti özündə birləşdirir: “Saqzuri” turizm şirkəti, Goegypt.ge onlayn platforması, “İnteravia” bilet agentliyi. “İnterko Travel” həmçinin Misirin “Air Cairo” aviaşirkətinin Gürcüstandakı baş agentidir.
Viza lazımdırmı?
Əgər uzaq ekskursiyaya hazırlaşmırsınızsa, Şarm əl Şeyxə səfər etmək üçün viza lazım deyil. Ora çatan kimi hava limanında pasportunuza “Sinay möhürü” vuracaqlar ki, bu da Misirin müəyyən ərazilərində olmaq haqqı verir.
Xurqada üçün isə tam dəyərli via lazımdır və onu problem olmadan Xurqadanın hava limanında almaq olar. Vizanın qiyməti 25 dollardır (bu qiymət turizm şirkətinin xidmət qiymətinə daxil deyil). Viza ölkənin cənubunda səyahət etməyə və Misirin görməli yerlərini gəzməyə imkan verir.
Mehmanxananı seçərkən nələri nəzərə almaq lazımdır?
İlk növbədə müəyyənləşdirmək lazımdır ki, siz hansı istirahət növünü arzulayırsınız – səs-küylü, yoxsa sakit?
Eyni zamanda, kiminlə səyahət etməyiniz də əhəmiyyətlidir – uşaqlarla, yoxsa dostlarınızla? Bəlkə ikilikdə gedib romantik istirahət istəyirsiniz?
Elə mehmanxanalar var ki, “adult only” servisi təklif edir – ora sizi uşaqlarla birlikdə buraxmayacaqlar.
Əgər sakit istirahət arzulayırsınızsa, ərazisində bütün gecə boyu musiqi səsləndirilən mehmanxana götürməyə dəyməz.
Uşaqlarla birlikdə dincəlməyə hazırlaşırsınızsa, Misir cənnət şərtləri təklif edə bilər. Burada uşaqların istirahəti üçün nəzərdə tutulmuş çoxlu otel var – uşaq hovuzları, akvaparkları, cürbəcür əyləncəli uçaq proqramları olan təklif edilir. Bütün bunlar mehmanxananın qiymətinə daxildir. Bir çox mehmanxanalarda pulsuz şirniyyat, şirələr və dondurma verilir.
Buna görə də, elə mehmanxana seçmək lazımdır ki, uşaqların şıltaqlıqlarını təmin etmək üçün əlavə xərcə düşməyəsiniz.
Misirdə istirahət neçəyə başa gəlir?
Bir həftəlik və bir adamlıq putyovkanın qiyməti 1200 laridən (təxminən 450 dollar) başlayır, qiymət kateqoriyadan asılı olaraq dəyişir.
Qiymət otelin keyfiyyətindən, mehmanxana otaqlarının kateqoriyasından və təklif edilən servisdən asılıdır.
Misir mehmanxanaları, adəti üzrə, “аll inclusive” prinsipi əsasında işləyirlər. Bu zaman qiymətə qidalanma, akvaparkda əyləncə, hovuz və çimərlikdən istifadə, soyuq və isti içkilər, alıkoqol daxildir. Başqa sözlə, siz putyovka alırsınız və bütün bunlar onun qiymətinə daxildir.
Bilmək lazımdır ki, tarixi yerlərə ekskursiyalar, idman və dəniz əyləncələri. SPA-mərkəzlərdə xodmət putyovkanın qiymətinə daxil deyil.
Daha bir məsləhət – oteli nə qədər tez bron etsəniz, istirahət bir o qədər ucuz başa gələr. Lakin bunu da nəzərə almaq lazımdır ki, erkən bronlaşdırma zamanı sonradan turpaketi dəyişmək olmaz, ondan imtina edənlər isə cərimələnir.
Xurqada, yoxsa Şarm əl Şeyx?
Bu, doğrudan da, ən vacib suallardan biridir, az qala hamletsayağı sualdır.
Belə bir fikir çox yayılıb ki, Şarm əl Şeyxdə hava Xurqadaya nisbətən daha istidir. Lakin hər iki kurortda temperatur prinsipcə eynidir, buna görə də, seçimi başqa meyarlar üzrə aparmaq lazımdır.
Bilmək gərəkdir ki, hər iki kurortda toz fırtınaları olur. Buna görə də, vacibdir ki, turizm şirkəti sahilboyu zolaq barədə yaxşı məlumatlı olsun və siz düzgün məlumat və səhih məsləhət alasınız.
“İnterko Travel” gecə həyatı həvəskarlarına Şarm əl Şeyxi məsləhət görür. Barlar və klublar Xurqadada da var, lakin Şarm əl Şeyxdə gecə həyatı qat-qat fəaldır.
Sizi Misirin cənubu maraqlandırırsa, Xurqada daha məsləhətdir. (Misirin mədəniyyət avidələri, o cümlədən Luksor, Karnaka, Krallar vadisinin məzarları, Edfu, Kom-Ombo, Asuan bəndi, Əbu-Simbel məhz Misirin cənubunda cəmləşiblər. Bütün bunları Mil boyunca kruiz vaxtı görmək mümkündür).
Luksor Xurqadadan dörd saatlıq məsafədə yerləşir. Mehmanxanalar təklif edən turlar almaq olar. Turlar ödənişlidir.
Misirdə ən yaxşı istirahət mövsümü nə vaxtdır?
Misirin dəniz kurortları ilboyu fəaliyyət göstərir. Lakin ən ideal dövrlər, əlbəttə ki, yaz və payızdır.
Misirdə yay kifayət qədər isti keçir, halbuki Qırmızı dənizin sahilləri istirahıt edınlərlə dolu olur – dənizin sərinliyi və səhranın quru iqlimi bir-birini tarazlayır və gözəl şərait yaradır. Müvafiq olaraq, yayda ən yaxşısı dəniz kurortlarında dincəlməkdir.
Məsləhət: yayda dincəlməyi arzulasanız, yaxşısı budur, yalnız dəniz kurortları ilə kifayətlənəsiniz və tarixi görməıli yerlərə səyahətlərdən vaz keçəsiniz, çünki dənizdən azca aralanan kimi siz dözülməz istiyə düşəcəksiniz.
Qışda Misirə səfər möcüzəyə bərabərdir – soyuqdan mülayim isti iqlimə düşürsən. İlin bu vaxtı burada çox isti deyil və günəşin altında durmaq əziyyət vermir, xoş təəssürat yaradır.
Qış tarixi görməli yerlərə ekskursiyalar üçün ən uyğun vaxtdır, temperatur 23 dərəcədən yuxarı olmur.
Payız və yaz Misirin dəniz kurortlarında dincəlmək üçün ideal dövrlərdir. Orta temperatur 25 dərəcəyə bərabərdir. Qiymətlər yaydakına nisbətən daha uyğundur.
Beləliklə, erkən yazda Misirdə istirahət qərarı istənilən nöqteyi-nəzərdən sərfəlidir – yorucu qışdan sonra qüvvələrin bərpası üçün, həm də onu nəzərə alaraq ki, bu, ucuz başa gəlir.
Müasir turizm üçün ən vacib sual – Misir istiqaməti nə dərəcədə təhlükəsizdir?
Misir təhlükəsiz istiqamətdir və bu, statistika ilə sübut olunur.
2018-ci ildə Misir 8,5 milyon turist qəbul edib ki, bu da bir il əvvəlkindən 55 faiz çoxdur. Bunlar Ümumdünya Turizm Təşkilatının (UNWTO) məlumatlarıdır.
Elə həmin hesabatda bildirilir ki, son illərdə Misirdə avropalı turistlərin sayının xeyli artması tendensiyası müşahidə olunur. Bu isə o deməkdir ki, Misir amerikalı və avropalı qonaqlara səyahətlərin təhlükəsizliyini sübut edə bilib.
Daha bir tendensiya rusiyalı turistlərin sayının azalmasıdır. 2016-cı ildən sonra Rusiya ilə Misir arasında o qədər də sadə olmayan münasibətlər yarandı və aviareyslər dayandırılmışdı.
Təmsilçiləri Misirdə istirahət etməyi sevən ölkələrin ilk onluğu aşağıdakı kimidir:
1.Almaniya, 2. Çexiya, 3. Polşa, 4. Böyük Britaniya, 5. Ukrayna, 6. Hollandiya, 7. Avstriya, 8. Belçika, 9. Slovakiya, 10. Belarus.
Bundan sonrakı yerləri isə İtaliya, Fransa və İsveçrə tuturlar.
Gürcüstandan Misirə çox gedirlər?
Həddən çox. Yalnız Gürcüstandan deyil, bütün Cınubi Qafqaz regionundan – həm Ermənistandan, həm də Azərbaycandan.
2018-ci ilə aid məlumatlara əsasən, Misirdə müxtəlif turizm şirkətlərinin xidmətlərindən istifadə etmiş 12234 adam olub.
“İnterko” şirkətindən bildirildiyinə görə, Ermənistan və Azərbaycan vətəndaşları onlara tez-tez müraciət edirlər. Gürcüstan turoperatoru onları aşağı qiymətləri və nüfuzu ilə cəlb edir.
Misirdə istirahətlə bağlı daha nələri bilmək lazımdır?
•Misirdə qış mülayim istidir, lakin axşamlar hər halda sərin olur, buna görə də, isti geyim lazım olacaq (jaket, yüngül gödəkçə, şərf).
•Çimərliklərdə mərcanların qalıqlarının, balıqqulaqlarının, daşların toplanması və aparılması qadağandır. Sahil boyunca və çimərliklərdə balıq tutmaq olmaz.
•Axşam saat 6-dan sonra təhlükəsizlik baxımından çimərlik zolağı bağlanır. Axşamlar hovuzlardan istifadə qadağandır.
•Misirdə Günəş çox yandırıcıdır, buna görə də, müdafiə kremi olmadan heç çətirin altında da qaralmaöı ağlınıza gətirməyin.
“İnterko Travel”dən bonus
Çmisirin görməli yerlərinin şirkətin öz veb-saytında təklif etdiyi ilk onluğu aşağıdakı kimidir:
1) Giza ehramları və Sfinks;
2) Luksor;
3) Asuan;
4) Sinay dağı;
5) Qırmızı dəniz kurortları;
6) Siva oazisi;
7) xristian və islam Qahirəsi;
8) İsgəndəriyyə;
9) Nil boyunca kruiz;
10) “Tistleqorm” gəmisinin batdığı ərazidə suya dalma.
Bu yerlər haqqında daha ətraflı məlumatı buradan almaq mümkündür.