Qarabağ həbsxanasında həbs müddəti bitmiş azərbaycanlı azad edilib, lakin vətəninə qayıtmaq istəmir
Erməni mənbələrindən məlumat
Qarabağda Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi Elnur Elman oğlu Hüseynzadə azadlığa buraxılıb. O, 2017-ci ilin fevral ayının 1-də Dağlıq Qarabağın sərhədini qanunsuz keçdiyinə görə 2 il müddətinə həbsə məhkum edilmişdi. Hüseynzadə həbs müddəti bitdiyi üçün 2019-cu ilin fevral ayının 2-də azad edilib.
Onu nəyə görə həbs etmişdilər
Azərbaycan Silahlı Qüvvələrinin 157-ci motoatıcı briqadasının kəşfiyyat bölüyünün hərbçisi olan saxlanılan azərbaycanlı şəxs 2017-ci ilin fevral ayının 1-də Mardakert rayonunun Talış kəndinin yaxınlığında Qarabağın sərhədini qanunsuz keçib. Hərbçi ermənilərin döyüş mövqelərinin səngərində aşkar edilib və saxlanılıb.
Qarabağdan şərh
Dağlıq Qarabağın pezidentinin mətbuat katibi David Babayan vəziyyəti şərh edib. O vurğulayıb ki, Azərbaycan vətəndaşı məhkum olunduğu müddətdə həbsdə olub və hüququ dövlətin qaydalarına uyğun olaraq, azadlığa çıxıb.
«Bizim üçün Azərbaycan vətəndaşının qanunun tələbinə və beynəlxalq hüquq normalarına müvafiq olaraq azad edilməsi tamamilə təbiidir. Qarabağda Azərbaycanda edildiyi kimi, yalnız milliyyətinə görə adamı barmaqlıqlar arxasında saxlamayacaqlar».
Mətbuat katibi eyni zamanda vəziyyətin necə inkişaf edə biləcəyini də izah edib:
«Xatırladım ki, o [Hüseynzadə – JAMnews] bir vaxtlar, orada onu nə gözlədiyini gözəl anlayaraq, Azərbaycana qayıtmaqdan imtina edib. Adətən, belə hallarda insanlar üçüncü ölkəni seçirlər. Düşünürəm ki, onun barəsində də bu cür hallarda qəbul edilmiş beynəlxalq təcrübə tətbiq olunacaq».
• Ermənistan və Azərbaycan xarici işlər nazirləri Qarabağ problemini müzakirə ediblər
• Qarabağ: status-kvo haradadır?
Azərbaycan mənbələrindən məlumat
2017-ci ilin fevralında Azərbaycan Müdafiə Nazirliyi əsir götürülmüş Elnur Hüseynzadənin Azərnbaycan ordusunda xidmət etdiyini inkar edirdi. Və “Kavkazski uzel” Azərbaycan Müdafiə Nazirliyinin bəyanatına istinad edərək, bildirmişdi ki, Hüseynzadə hadisə baş verdiyi ana qədər tərxis olunub.
2019-cu ilin fevral ayının 5-də Azərbaycan Hərbi Prokurorluğu bəyan edib ki, hələ iki il bundan əvvəl Elnur Hüseynzadə barəsində 274-cü maddə üzrə (dövlətə xəyanət) cinayət işinə başılanıb və o, axtarışa verilib.
Bəyanatda o da bildirilir ki, hərbi xidmətdə olduğu müddətdə Hüseynzadə intizamsız davranışı ilə seçilib və dəfələrlə hərbi hissənin ərazisini özbaşına tərk edib.
Azərbaycan tərəfi Elnur Hüseynzadəni xain hesab edir və o, indiyə kimi axtarışda hesab olunur, onu vətənə xəyanətə görə həbs gözləyir.