Yerevanda dördüncü pivə festivalı baş tutub. Qu gölü ərazisində tədbir iştirakçıları yalnız erməni pivəsi yox, həm də dünyanın məşhur brendlərini və köpüklü içkinin yanına yaraşan qəlyanaltıları dada biliblər. Ərazidə səslənən canlı musiqi də insanları tədbirə qatılmağa sövq edib.
Tədbirin təşkilatçısı olan Yerevan meriyasından bildirildiyinə görə, hər il keçirilən pivə festivalı paytaxtda mərasim turizminin inkişafında vacib rol oynayır. Təşkilatçılar bildirirlər ki, festival artıq populyarlıq qazana bilib və iştirakçıların sayı ildən ilə artır.
Festivalın məqsədi Yerevanın və ümumilikdə Ermənistanın pivə ənənəsini bərpa etmək, yerli sakinləri və turistləri Ermənistanın pivə zavodlarının məhsulu ilə tanış etməkdir.
Festival gedişatında pivə bazar qiymətindən iki dəfə ucuz satılıb. Burada xüsusi pavilyonlarda keçirilən müsabiqələrin iştirakçıları isə pivəyə müftə qonaq edilib: kim bardağı daha tez qurutdu, kim bunu borucuqla hamıdan tez elədi. Bu il həmçinin kim yerfındığını daha tez təmizlədi və kim tez xərçəngləri yedi müsabiqələri də keçirilib. Bütün qaliblər meriyadan və festivalda iştirak edən pivə istehsalçısı olan şirkətlərdən hədiyyələr qazanıb.