2024 və 2028-ci il olimpiadaları Paris və Loc-Ancelesdə keçiriləcək
2024 və 2028-ci il Yay Olimpiya Oyunlarına Los-Anceles və Paris ev sahibliyi edəcək. Daha əvvəl Hamburq, Roma və Budabeşt xərclərin həddən artıq çox olduğunu anlayıb oyunların keçirilməsi uğrunda mübarizədən imtina etmişdi, BBC yazır.
Amma avqustun əvvəlinə qədər Los-Anceles və Paris öz aralarında kimin Olimpiadaya daha əvvəl ev sahibliyi edəcəyinə dair razılığa gələ bilməyib. Paris bildirib ki, Olimpiya kəndinin inşasına ayrılmış ərazi yalnız 2024-cü ilə qədər azad olacaq, Los-Anceles isə öz növbəsində israrla bildirirdi ki, 2028-ci ildə Olimpiada keçirmək dörd il əvvəl keçirməkdən xeyli baha başa gələcək və şəhər belə böyük xərclərin altından çıxmaya bilər.
Şəhərlər öz aralarında razılığa gələ bilməsəydilər, Beyəlxalq Olimpiya Komitəsi hansı şəhərin hansı ildə Olimpiadanı qəbul edəcəyini səsvermə yolu ilə müəyyən etməli olacaqdı və bu, 2017-ci ilin sentyabrında Limada keçiriləcək iclasda baş verəcəkdi. İndi isə BOK-a rəsmi şəkildə Olimpiya oyunlarının 2024-cü ildə Parisdə, 2028-ci ildə isə Los-Ancelesdə keçiriləcəyini elan etməsi yetərlidir.
Hər iki şəhər artıq iki dəfə Olimpiya oyunlarında ev sahibliyi edib: Los-Anceles 1932 və 1984-cü illərdə, Paris isə 1900 və 1920-ci illərdə.
Bu marafon 1932-ci il avqustun 7-də baş verib. Zabala bütün distansiyanı praktiki olaraq liderlik edən qrupda qaçıb və finişə yalnız 4 kilometr qalanda o irəliyə atılıb, britaniyalı Samuel Ferrisdən 19 saniyə daha sürətli nəticə göstərərək qalib gəlib. Zabala marafonda ilk cənubi amerikalı Olimpiya çempionu olub. Foto: Olympic Games Marathon
Olimpiadaya üç dəfə ev sahibliyi etmiş yalnız bir şəhər var – London.
1984-cü il Los-Anceles Olimpiadasına SSRİ idmançıları qatılmayıb və bu, 1980-ci il Moskva Olimpiadasının ABŞ və digər qərb ölkələri tərəfindən boykot edilməsinə cavab addımı idi. Boykot sovet ordusunun Əfqanıstana təcavüzü ilə bağlı idi.
BBC-nin idman şərhçisi Aleks Kepstik bildirir ki, bütün tərəflərin hadisələrin uğurlu inkişafı ilə bağlı bəyanatlarına baxmayaraq, Paris istədiyini əldə edib, Los-Anceles isə məğlubiyyətə uğrayıb və Amerika şəhəri doğrudan da Olimpiada keçirmək üçün daha çox vəsait xərcləməli olacaq, halbuki dörd il əvvəl keçirmiş olsaydı daha ucuz başa gələ bilərdi.
Kepstikin fikrincə, BOK-u qarşıda mürəkkəb iş gözləyir, qurum növbəti Olimpiya Oyunlarının keçirilməsi üçün namizədlər axtarışına çıxmalıdır, çünki tədbirin keçirilməsi üçün sərf olunan xərclər ildən ilə daha da artır.
Los-Anceles hakimiyyəti ilə razılaşmalara əsasən, BOK Olimpiada-2028-in təşkili üçün yaxın zamanlarda onların hesabına 1,4 milyard dollar köçürəcək.