Gürcüstan prokurorluğu məhbuslarla qeyri-insani davranışa görə daha 6 nəfər saxlayıb
Paylaşmaq
Paylaşmaq
Baş Prokurorluq işçiləri 8 saylı cəzaçəkmə müəssisəsinin keçmiş əməkdaşlarını həbs edib. Onlara qarşı məhbuslarla qeyri-insani davranış, ləyaqəti alçaldan əməllərə görə ittiham irəli sürülüb. Bu, Malxaz Qviniaşvili, Nuqzar Marqiya, Zaza Xaraişvili, Vaxtanq Ququtsidze, David Çixladze və David Nozadzedir. Həmin müəssisənin ciddi rejimli bölmənin rəisi Oleq Patsatsiya isə artıq cinayət əməli törətmək ittihamı ilə həbsdədir.
İstintaq bildirir ki, saxlanılan şəxslər məhbusları qorxutmaq və özlərinə tabe etmək üçün onların ləyaqətini alçaldır və qəddar rəftar edirdilər, güc metodlarından istifadə edir, fiziki və sözlə təhqirlərə yol verirdilər. Bu nəticəyə istintaq 600 məhbusu dindirəndən sonra gəlib.
“Müttəhimlər qanunsuz olaraq məhbusların gəzinti vaxtını qısaldır, telefon zəngləri və məktublaşmaq haqqından məhrum edirdilər. Onların tibbi yardım almaq imkanı yoxuydu. Onların həm də yuxu və istirahət vaxtları qısaldılmışdı. Bundan başqa, məhbusları cəzaçəkmə müəssisəsinin administrasiyası ilə gizli əməkdaşlığa vadar edirdilər”, – prokurorluqda bildirirlər.
Cinayət Məcəlləsinin 1442-ci maddəsinin ikinci hissəsiylə cinayət işi açılıb. İttiham sübuta yetirilərsə, müttəhimlər 5 ilə qədər azadlıqdan məhrumetmə cəzasına məhkum oluna bilər.
Məhbuslara işgəncə verilməsi və onlarla qeyri-insani davranışla bağlı iş 2012-ci ilin sentyabr ayında Gürcüstanın həbsxanalarında məhbusların işgəncələri haqqında videomateriallar yayılandan sonra açılıb. Həmin faktlar əsasında cəzaçəkmə müəssisələrinin onlarla işçisi saxlanılıb.
Дела по пыткам заключенных и бесчеловечному обращению с ними были возбуждены после того, как в сентябре 2012 года были обнародованы видеоматериалы о пытках заключенных в грузинских тюрьмах. На основании подобных фактов были задержаны десятки сотрудников исправительных учреждений. Bəziləri artıq həbsdən çıxıb. Некоторые из них уже покинули места лишения свободы.