AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri sanksiyaya məruz qalıb
Avropa Şurası Parlament Assambleyası (AŞPA) öz vitse-prezidentinə, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidova qarşı sanksiya tətbiq edib. Səbəb AŞPA-nın bir ay əvvəl üzə çıxardığı korrupsiya qalmaqalına aidiyyatının olması ilə bağlıdır.
Assambleyanın hesabatında deyilir ki, rəsmi Bakı təşkilatda öz maraqlarını təbliğ etmək məqsədilə deputatları satın almağa çalışıb.
Sanksiyalar eyni zamanda AŞPA-nın keçmiş prezidenti Pedro Aqramunt, Ukrayna üzrə keçmiş məruzəçi Jordi Şukla və Çezar Predaya də aid edilib. Onların hər biri Davranış Kodeksini pozmaqda ittiham olunur, səsvermə və qətnamə təşşəbüsü haqqı istisna olmaqla AŞPA üzvlərinin bütün haqlarından məhrum ediliblər.
[yes_list]
- mərzə edə və seçkkiləri izləyə;
- assambleyanın prezidenti və ya vitse-prezidenti, AŞPA komitəsinin və ya alt-komitəsinin sədri vəzifəsini tuta;
- assambleyanı və ya onun komitələrini tədbirlərdə təmsil edə;
- Avropa Şurasının icra orqanına sorğu göndərə bilməyəcəklər.
[/yes_list]
Bakıda keçirilən brifinqdə Səməd Seyidov bildirib ki, qəbul olunmuş sanksiyalar Azərbaycana təzyiq göstərmək cəhdidir.
“Biz dəfələrlə bu təşkilatda Azərbaycana qarşı ikili standartın şahidi olmuşuq. Buna görə də, sanksiyalar haqda qərarın heç bir əsası yoxdur, bu, açıq-aydın qərəzdir”, – parlament üzvü deyib.
Aqramunta qarşı sanksiyalar 10 il, Jordi Şukla, Çezar Florin Preda və Səməd Seyidova qarşı isə iki il müddətinə tətbiq edilib.
AŞPA-nın vitse-prezidenti, Ukrayna nümayəndə heyətinin üzvü Vladimir Aryev Facebook səhifəsində yazıb ki, “komitə deputatların cəzalandırılması ilə razılaşdı, baxmayaraq ki, onların təqsiri hüquqi cəhətdən sübut olunmayıb”.
“Komitənin qərarı AŞPA-nın prosedur qaydalarına görə son yeddi-səkkiz ildə ayrı-ayrı postsovet dövlərlərinin, o cümlədən də Azərbaycanın hakimiyyət maraqları üçün satnalmalarla bağlı təcrübənin geniş yayıldığı assambleyada vəziyyətin sağlamlaşdırılması üçün çox önəmlidir. Avropa Şurası cəza orqanı deyil, buna görə də hazırkı situasiyada söhbət qalmaqala adı qarışan şəxslərin siyasi və mənəvi məsuliyyətindən gedir”, – “Kavkazskiy uzel” portalına müsahibəsində Anar Məmmədli deyib.