On the Beach mütəxəssisləri bütün dünya üzrə 100 otelin işçiləri arasında sorğu keçirib və müxtəlif ölkələrdən olan turistləri kobudluq, səxavətlilik, höcətkənlik və səs-küylülük dərəcəsinə görə qiymət veriblər.
Çay pulu
Oteldəki xadiməyə, menecer və ya ofisianta çay pulu verilməsi heç də həmişə asan məsələ deyil. Bir çox turistlər istirahət etdikləri otel və ya restoran işçilərinin onlardan çay pulu gözlədiklərindən xəbərsiz olurlar.
Ən səxavətli və mehriban turistlər reytinqində birinci yeri britaniyalılar tutur, onlara sorğu iştirakçılarının 36%-i, yəni üç nəfərdən biri səs verib. İkinci yerdə isveçlilər (14% səs), üçüncü yerdə amerikalılar (11%) gəlir.
Höcətkənlik
Britaniyalılar səxavətlərini tez-tez narazı olmaqları ilə kompensasiya edir. Şikayətçi reytinqində də onlar birinci yeri tutur (37%), üçüncü yeri fransızlarla almanlar bölüşür.
Coşqun şənlik
Daha bir qələbə Birləşmiş Krallıq vətəndaşlarına aiddir. Əksər otel işçiləri onları ən səs-küylü müştəri adlandırıb – 34%. Bu mənada ispanlar britaniyalılardan bir az geri qalır – 25%, üçüncü yeri ruslar tutur – 8%.
Kobudluq
Rusiyadan olan turistlər kobudluq reytinqində birinci yeri tutur (31%). İlk üçlükdə həm də almanlar (20%) və fransızlar var (10%).
Məqalədə bildirilən fikirlər müəllifin nöqtei-nəzərini əks etdirir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.