Levon və Qayane Ter-Akopyan cütlüyünün nikahı kilsədə kəsilib və o vaxtdan bəri heç ayrılmayıblar, heç sözləri də çəp gəlməyib, belə deyirlər.
Bu gün onlar daha heyrətamiz cütlükdür – kişi görmür, qadın isə eşitmir. Onlar bir-birində olmayanı tamamlayaraq xoşbəxt yaşamağa çalışırlar – kişi qadının qulaqları, qadın kişinin gözləri olur. Beləcə bir-birinə kömək edərək şahmat oynayır, rəsm çəkir, kitab oxuyur və sərgilərə gedirlər.