Teymur Rəcəbov $110 000 və iddiaçılar turnirində iştirak haqqı qazanıb " />

Azərbaycanlı şahmatçı dünya kubokunu qazanıb

Teymur Rəcəbov $110 000 və iddiaçılar turnirində iştirak haqqı qazanıb

Foto: fide.com

Azərbaycanlı şahmatçı Teymur Rəcəbov Dünya Kubokunu qazanıb. 

Rəcəbov 6:4 hesabla çinli rəqibi Dinq Lirenə (dünyanın ikinci güclü şahmatçısı) qalib gəlib və 110 000 dollar mükafatın sahibi olub.

Həyat eşqi, rep və idman: yaralanması onun həyatını necə dəyişib?

Qızlar futbol oynayır: amma bu, sadəcə oyun deyil. Bakıdan video

Teymur Rəcəbov 32 yaşlı qrossmeyster, Azərbaycanın yığma komandasının tərkibində komanda çempionatının üçqat Avropa çempionudur.

14 yaşında Beynəlxalq Şahmat Federasiyasının dünyanın 100 ən yaxşı şahmatçısı siyahısında 93-cü yeri tutub.

Şahmat üzrə Dünya Kuboku Rusiyanın Xantı-Mansiysk şəhərində baş tutub. Kubokun finalçıları iddiaçılar turnirində (dünya çempionunun rəqibi Dünya Birinciliyinə gedən yarışmalar silsiləsinin bu mərhələsində müəyyən olur) iştirak haqqı qazanıb. 


More on JAMnews