Rafael Cəbrayılov borcunu qaytara bilməyib, məhkəməni uduzub və daha bir fırıldaqda günahlandırılıb " />

Azərbaycanlı deputat qalmaqalın ardınca mandatından imtina edib: o, deputat vəsiqəsini girov qoyaraq 300 min dollar borc alıb

Rafael Cəbrayılov borcunu qaytara bilməyib, məhkəməni uduzub və daha bir fırıldaqda günahlandırılıb

Azərbaycan parlamentinin deputatı Rafael Cəbrayılov qalmaqallı olayın ardınca mandatından imtina edib: o, deputat vəsiqəsini girov qoyaraq 300 min dollar borc götürüb və borcunu qaytara bilməyib. Onun iştirakı ilə başqa bir dələduzluq hadisəsinin də üstü açılıb.

• Gürcü məmurlar necə varlanıb?

• Türkiyədə evlilik dələduzluq vasitəsi kimi

Hakimiyyətdə hesab edirlər ki, belə hadisələr hər yanda baş verir, bədnam insanlar isə bu hadisədən Azərbaycanı ləkələmək üçün istifadə edirlər.

Rafael Cəbrayılov kimdir və mandat məsələsi nədən ibarətdir?

Rafael Cəbrayılov iqtidarda olan Yeni Azərbaycan Partiyasının nümayəndəsidir. İctimaiyyətin yaddaşında “sperma bankının” yaradılmasının qatı əleyhdarı kimi qalıb.

Bundan başqa, parlament seçkilərində o, müxalif  “ReAl” hərəkatının lideri İlqar Məmmədovla rəqib olub.

2015-ci ildə Rafael Cəbrayılov ev tikmək üçün Təranə Fətəliyeva adlı qadından 300 min dollar borc alıb. Girov olaraq isə deputat vəsiqəsini qoyub.

2019-cu ilin fevralında deputatın pulu qaytarmaq fikrinin olmadığını anlayanda Fətəliyeva məhkəməyə üz tutub və prosesi udub.

Bu hadisə qısa zamanda mətbuata sızıb və parlamentdə qalmaqala səbəb olub. Parlament üzvləri hadisə ilə bağlı nə qərar verəcəklərini müzakirə etdikləri müddətdə daha bir nəfər 2014-cü ildə Cəbrayılovun ondan dələduzluq yolu ilə 240 min dollar aldığından şikayət edib.

Bütün bunlara baxmayaraq, hakimiyyət Rafael Cəbrayılovun deputat səlahiyyətlərini əlindən almağa tələsmirdi. Nəticədə, o özü 2019-cu il sentyabrın 30-da parlamentin payız sessiyasının ilk plenar iclasına gəlməyib. Rafael Cəbrayılov həmkarı vasitəsilə parlamentə ünvanladığı müraciətdə deputat səlahiyyətlərindən imtina etdiyini və seçicilərindən üzr istədiyini bildirib.

Hakimiyyətin reaksiyası

“Rafael Cəbrayılovla əlaqədar məsələ hüquqi müstəvidə həllini tapıb. Bunu nə mətbuatda, nə də parlamentdə müzakirə etməyə ehtiyac yoxdur. Belə hadisələr bütün dünyada baş verir, istefa mədəniyyəti hər yanda mövcuddur”, – Yeni Azərbaycan Partiyasının isra katibinin müavini Siyavuş Novruzov baş verən hadisəni belə şərh edib.

Bununla yanaşı o əlavə edib ki, “xaricdə oturan və Azərbaycana qarşı təbliğat aparan şəxslər” bu durumdan istifadə edirlər. 


More on JAMnews