İndi yerli sakinlərin meşələri qırmasına ehtiayc yoxdur " />

Azərbaycanın “turistik” kəndinə qaz çəkilib və yeni məktəb tikilib

İndi yerli sakinlərin meşələri qırmasına ehtiayc yoxdur

Azərbaycanın mərkəzi hissəsindəki yüksək dağlıq Lahıc kəndinə ilk dəfədir ki, təbii qaz verilib. Buna qədər kənd sakinləri evlərini isitmək və məişət ehtiyaclarını ödəmək üçün yerli meşələrdən əldə edilən odundan, həmçinin qaz balonları və alternativ vasitələrdən istifadə edirdilər.

Lahıc Azərbaycanın qaz xətti çəkilməmiş yeganə kəndi deyildi. Baxmayaraq ki, rəsmi göstəricilərə görə, Azərbaycanın 95 faizi qazlaşdırılıb.

İqtisadçı Toğrul Maşallının sözlərinə görə, bu rəqəmlər rellığı əks etdirir – demək olar ki, Azərbaycanın bütün ərazisi boyu qaz xətti çəkilib, əlçatımlı olmayan yüksən dağlıq ərazilər istisna olmaqla.

Dağlarda elektrik xətləri ilə bağlı da eyni problem mövcuddur – dağ kəndinə elektrik çəkmək texniki cəhətdən çəitndir. Bir çox kəndlərdə yerli əhali evlərini odunla isidir, bu da meşələrin nəzarətsiz qırılmasına gətirib çıxarır.

Lahıc kəndi gözəl təbiəti, qədim memarlığı və burada cəmləşən sənətkar emalatxanaları sayəsində Azərbaycanın əsas turizm mərkəzlərindən biridir. Bura ilk növbədə öz etibarlılığı sayəsində nəinki xarici turistləri, həm də ölkə sakinlərini cəlb edir.

Son illərdə Azərbaycan hökuməti Lahıcın abadlaşdırılması ilə fəal şəkildə məşğul olur ki, bura yalnız bir neçə günlük qonaq gələn turistlər üçün yox, həm də burada daimi yaşayan sakinlər üçün də rahat məkana çevrilsin. Məsələn, qaz çəkilməsindən başqa, kənddə 400 şagirdlik yeni məktəb açılıb və Dəmirçi qəsəbəsinə qədər yeni yol çəkilib.


More on JAMnews