Artıq 10 aydır ki, ictimai yerlərdə siqaret çəkmək olmaz, amma qadağa işləmir " />

Azərbaycanda siqaret çəkməyə görə cərimələr artırılıb

Artıq 10 aydır ki, ictimai yerlərdə siqaret çəkmək olmaz, amma qadağa işləmir

İndi artıq digər ictimai yerlərdən başqa (nəqliyyat, kafe, restoran, məktəb, institutlar) taksidə də siqaret çəkmək qadağandır.

Azərbaycan Parlamenti İnzibati Xətalar Məcəlləsinə qadağan olunmuş yerlərdə siqaret çəkməklə bağlı düzəlişlər edib.

Hər növ pozuntu üçün cərimələrin məbləği 20 faiz artıb.

Siqaret çəkənlər üçün cərimə 50 manata (30 dollara yaxın) yüksəlib. Siqaret çəkənlərə şərait yaradanlar isə 10 dəfə daha artıq cərimə ödəyəcəklər – 500 manat (300 dollara yaxın), əgər bu vəzifəli şəxsdirsə və hüquqi şəxslər üçün 1200 manat (700 dollara yaxın) nəzərdə tutulub.

Azərbaycanda ictimai yerlərdə siqaret çəkməyə 2018-ci ilin yanvarından qoyulan qadağaya hələ də əməl olunmur. Bir çox kafe və restoranlarda hələ də çoxları siqaret çəkir.

Bütün bunlara kim nəzarət etməlidir və cərimələri kim toplamalıdır, aydın deyil. Yəni kafe, bar və restoran sahibləri deyirlər ki, qadağaya əməl olunmasına kimin nəzarət etdiyi haqda tam məlumatsızdırlar.

“Bütün il boyu heç kim yoxlamaya gəlməyib”, – paytaxt pablarından birinin sahibi deyir, – “Mənə elə gəlir ki, hökumət ümumiyyətlə hələ qərar verməyib bununla kim məşğul olacaq, mexanizm də hazırlanmayıb”.

“Məntiqlə inzibati xətalara görə Daxili İşlər Nazirliyi cərimələyir… Amma dəqiqini bilmirəm, mətbuatda bu haqda yazılmayıb”, – digər pabın sahibi deyir.

Mətbuat bununla bağlı həqiqətən susur.

JAMnews-un ictimai yerlərdə siqaret çəkməyə qoyulan qadağa haqda videosu

Sosial şəbəkə istifadəçiləri və internet forum iştirakçıları düzəlişlərin nəyisə dəyişəcəyinə inanmırlar.

“Mənası nədir? Onsuz da çəkirlər: sürücülər də, kafelərdə də… Bu qanunu nə qədər “qəbul etmək” olar?”.

“Bir il əvvəl ictimai yerlərdə siqaret çəkmək qadağası ilə bağlı ilk qanun qəbul ediləndə avtobus sürücülərini də əhatə edirdi. Nə oldu? Avtobusda gedirəm, sürücü dayanacaqda düşüb, köşkdən dənə ilə siqaret aldı, elə köşkdəncə götürdüyü alışqanla yandırdı, avtobusa oturub, yoluna davam etdi. Ümid edirəm ki, nə vaxtsa bu növbəti qanunlar işləməyə başlayacaq”.

“Avtobus sürücüləri xüsusi zümrədir, qanunların onlara aidiyyatı yoxdur: siqaret çəkirdilər, çəkirlər və çəkəcəklər… Hətta metroda maşinistlər də hərdən çəkir, özüm görmüşəm”.


More on JAMnews