Daha 297 nəfərdə sifilis, 3393 nəfərdə isə qan xəstəliyi tapılıb " />

Azərbaycanda “nikahdan öncə” müayinə: 135 nəfərin QİÇS xəstəsi olduğu aşkarlanıb

Daha 297 nəfərdə sifilis, 3393 nəfərdə isə qan xəstəliyi tapılıb

135 nəfər QİÇS xəstəsi, 297 nəfər sifilisli xəstə və 3393 nəfər talassemiya daşıyıcısı – Azərbaycanda nikahdan öncə məcburi tibbi müayinənin bu ilki nəticələri belədir.

Ümumilikdə 2019-cu ilin 11 ayı ərzində 126 402 nəfər nikahdan öncə məcburi tibbi müayinədən keçib – “Report” xəbər verir.  

Azərbaycanda qohum nikahlar – niyə bu təhlükəlidir?

Gürcüstanda seksual təhsil: kim lehinə, kim əleyhinədir?

Ermənistanda məişət zorakılığı – ölümlə nəticələnən ailə problemləri

Təhlükə haqda xəbərdarlıq

Nikahdan öncə məcburi tibbi müayinə 2015-ci ildən tətbiq olunur. Evlənməyə hazırlaşan cütlüklər bir sıra infeksion, dəri-zöhrəvi xəstəliklər, o cümlədən də talassemiya ilə bağlı analizlər verməlidirlər. Müayinə pulsuzdur.

Azərbaycanda çox vaxt kişilər qadınları ciddi dəri-zöhrəvi xəstəliklərə yoluxdururlər və bu yalnız qadının hamiləlik dövründə üzə çıxır. Bu zaman kişi özü də öz xəstəliyi haqda məlumatsız ola bilər.

Digər tərəfdən azərbaycanlılar arasında çox sayda talassemiya daşıyıcısı var. Və əgər iki xəstəlik daşıyıcısı evlənərsə, onlardan doğulacaq uşağın xəstə olacağı ehtimalı böyükdür.

Beləliklə, nikahdan öncə həyata keçirilən müayinənin məqsədi insanları zamanında məlumatlandırmaqdır ki, onlar heç olmasa nəyə getdiklərinin fərqində olsunlar.

Müayinə nəticələri haqda həkimlər yalnız müayinə olunanı məlumatlandırırlar, onun tərəf müqabilini yox. Amma qanuna görə, HİV-ə yoluxmuş və ya QİÇS xəstəsi olan hər kəs seksual partnyorunu və ya gələcək həyat yoldaşını bu haqda məlumatlandırmalıdır, əks təqdirdə o, cinayət məsuliyyəti daşıyır.

Təcrübədə isə bu cür müayinədən sonra çox az cütlük evlilikdən imtina edir.

Birmənalı olmayan nəticələr

Statistika göstərir ki, ildən ilə bu cür müayinələr zamanı daha çox QİÇS xəstəsi aşkarlanır, baxmayaraq ki, bu ili istisna saymaq olar:

2016-cl ildə – 143694 nəfər müayinə ediləndən 109 nəfər;

2017-ci ildə  – 135990 nəfərdən 119 nəfər;

2018-ci ildə – 135529 nəfərdən 173 nəfər.

Respublika Talassemiya Mərkəzinin direktoru Valeh Hüseynov məcburi müayinənin tətbiq olunmasının bu xəstəliyə yoluxanların sayına necə təsir göstərdiyini deməyə çətinlik çəkir:

“Bu cür proqramların nəticələri haqda yalnız ən azı beş il ötəndən sonra nəsə demək mümkündür”, – o izah edir.


More on JAMnews