Onlar iddia edirlər ki, ayrılar kompensasiyanın məbləği kifayət deyil" />

Azərbaycanda köçkünlər məcburi sayğac quraşdırilmasından narazıdırlar

Onlar iddia edirlər ki, ayrılar kompensasiyanın məbləği kifayət deyil

Fevralın 1-də bir qrup Qarabağ köçkünü ilə “Azərişıq” dövlət idarəsinin işçiləri arasında qarşıdurma baş verib. Səbəb əhalinin məcburi formada elektrik sayğaclarının quraşdirilmasına etirazı olub.

Sosial şəbəkələrdə bəzi hallarda etirazların kütləvi toqquşmalara çevrilməsi barədə məlumat yayılıb amma “Azərişıq”ın mətbuat xidməti bu məlumatları təkzib edib.

Etiraz aksiyasını sakitləşdirmək məqsədilə əraziyə əlavə polis qüvvələri yeridilib.

Aksiya Bakıdan 20 kilometr şimalda yerləşən Qızılqum və Pirşağı qəsəbələrində keçirilib. Burada 1990-cı ilin əvvəllərindən keçmiş sanatoriyalarda Dağlıq Qarabağ və ətraf işğal edilmiş rayonlardan gələn köçkünlər məskunlaşıb.

“İndiyədək burda günlərlə, həftələrlə istilik olmayıb. İşıq verilməsində davamlı problemlər var. Baxmayaraq ki, yeganə istilik vasitəmiz də işıqdır. İndi soyuqda, qarda basa-basa gəlib sayğac quraşdırmaq istəyirlər. Quraşdırma zamanı da bir neçə gün işığın verilməsində problem olacaqmış. 36 manatla bu xərcləri necə ödəyəcəyik? O vəsait heç 10 günə kifayət etmir”, etiraz edən sakinlərdən biri “Azadlıq Radiosu”na bildirib.

“Azərişıq”ın Mətbuat xidməti onun əməkdaşları ilə qaçqınlar arasında baş verın toqquşma faktını inkar edir. “Şirkətin yüzlərlə əməkdaşının sayğac quraşdırması barıdı məlumat həqiqətə uyğun deyil. Bu məlumatların internetdə yayılması cəmiyyəti çaşdırmaq məqsədi daşıyır” – “Azərişıq”ın mətbuat xidmətinin bəyanatında belə deyilir.

Köçkünlər üçün elektrik sayğaclarının quraşdırılması Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 23 yanvar 2017 il tarixli fərmanına əsasən başlanıb. Son günlər ərzində “Azərişıq”ən məlumatına əsasən 5700 sayğac quraşdırılıb.

Bu vaxta qədər isə qaçqınlar və məcburi köçkünlər müəyyən limit çərçivəsində kommunal xidmətlərin ödənişindən azad idilər.


More on JAMnews